İlk Hərəkəti Başladan Tanrı Profili
İlk Hərəkəti Başladan Tanrı Profili

Bir az aradan sonra paylaşım edim dedim və bu yazı, mənim normalda yazdığım yazılar ilə müqayisədə qısadı. Nəticədə mövzunu da o qədər dallandırıb budallandırmaq olmayacaq.
Mövzu əslində sadədir, yenə Tanrı yolunu bizlərə göstərən bir arqument və o yolun necə bir yol olduğunu sübuta yetirmək. Bu yol qısa və incə olacaq.
Hər bir şeyin hərəkət etdiricisi vardır. Bunlar zincirvari olaraq bir-birini izləyirlər. Biz bu hərəkət etdiriciləri, hərəkət etdirəni axtarmağa başlasaq; bu işin sonunda Tanrıya çatırıq. Bunlar sırsıyla belədir:
- “Hər hərəkət edənin bir hərəkət etdiricisi olduğuna görə və bir başqa şeyin köməyi ya da itələməsi ilə hərəkət etmək bir acizlik göstərgəsi olduğuna görə, bunu sonsuza qədər takip etdiyimizdə özü hərəkət etməyən, amma hər şeyi hərəkət etdirən bir varlığa çatarıq və buna Tanrı deyərik.”[1]
Thomas Aquinasın ortaya atdığı bu arqumentə görə: ilk hərəkət etdirici olmadan heç bir şeyin hərəkət edə bilməyəcəyi və bu hərəkət etdiriciyi axtarmağa başladığımızda, “özünü hərəkət etdirənin olmadığı, amma hərəkəti başladan bir varlıqla” qarşılaşarıq. Hər səbəb bir şeyin nəticəsidir. Amma ilk səbəb “ilk” olduğu üçün heç bir şeyin nəticəsi deyildir. Bu arqument bizi Tanrıya götürür, düzdür. Lakin necə bir Tanıya? “İlk səbəb, sadəcə öz ışığı ilə aydınlanan ikinci səbəblər vasitəsiylə uyğunlaşa bilər. O, nəticələrini tez-tez aydınladsa da özünü bir başqa ışıq tərəfindən aydınlada bilməz. İlk olmaq, kvalifikasiyalar üstü olmaq deməkdir; çünki üstündə özü ilə onu biləcəyimiz bir səbəb tapılmamaqdadır. Hər şey, özünə dayanaraq bilinər və uyğunlaşar. Bir şey sadəcə səbəb isə və nəticə deyilsə, bilinməz və ixtisaslı ola bilməz; bu səbəblə ilk səbəb də bilinə bilməz.[2] Günəş bütün bitkilərin səbəbi olduğu halda, güllərin və lallələrdən ayrı olmasının səbəbi deyildir. Çünki yaranmaları günəşə bağlı olmayan xüsusi səbəblələrə də bağlıdır. Ancaq Tanrı hər şeyin xüsusi səbəbi olduğu kimi səbəbidir də.[3] Səbəbi olmayan bir şey sizcə var ola bilərmi? Əlbəttə olar. Məsələn, “Tanrının səbəbini soruşsam” buna qarşılıq nə demək olar? Səbəb zinciri ilə Tanrıya çatırıq, bəs bu zincirin sonunda kainat olsa? Tanrı axtarışını maddi səbəblərlə limitləndiririk. Tanrının “sonsuz qüdrətli” olduğunu bilirik, ancaq bunu başa düşmürük. Tanrı haqqında danışanda da onu tam qavramırıq, fikirləri bildiririk. Tam qavrasanız da o Tanrı olmazdı. Big Bangdən əvvəl nə olduğunu heç kim bilmir. Amma bunu “Tanrı edir/etdi” deyəndə özümüzə bir çıxış yolu tapırıq. Biz onu bu arqumentlə, nə qədər də “varlığını sübut etmək” istəsək də əslində onun “bilinə bilməz varlıq” olduğunu sübut edirik. Bir şey sadəcə səbəb olsa, bu vəziyyətdə bilinə bilmir. Ondan əvvəl gələn başqa bir anlayış və ya ideya yoxdur ki, biz onu anlayaq. Bunlara görə bu arqumentin bizləri götürdüyü Tanrı profili “bilinməz” olur. Oxlar, Tanrının varlığı və ya yoxluğu tərəfə çevrilmədən stabil qalır… Bu cür Tanrı profilinə inanmaqdansa yaxud da heç yoxa saymaqdansa bir az cəsarət göstərib “bilmirəm” demək daha düzgün seçimdir.
NOT: Burada yazılmış olan yazıları və bu hesabda paylaşılan digər yazıları icazəsiz almaq qadağandır və hüquqları qorunmaqdadır. Yazıdan istifadə edərkən mənbə göstərməyiniz mütləq lazımlıdır. Yazılar mənə aid olduqları üçün məndən icazəsiz yazıları kopyalamağa yaxud da çap etməyə haqqınız qətiyyən yoxdur.
İstifadə edilən mənbələr:
[1] Thomas Aquinas, “Somme Contre les Gentils”, I, 13 GF-Flammar ion, 1999, t. I, trad, C. Michon, s. 165
[2] Hasan Aydın, “Ortaçağ’da Sözde Aristotolesçi Yapıtlar ve ‘Salt İyi’ ya da Nedenler kitabı”, Bilim və Gelecek Kitaplığı, 1. Çap, s. 59
[3] Descartes, ”Ahlak Üzerine Mektuplar”, SayYay., 1. Çap, 2015, s. 67
메타데이터
- post_id
- 17d396da2b88
- slug
- i̇lk-hərəkəti-başladan-tanrı-profili-17d396da2b88
- url
- https://medium.com/@yuniseco/i%CC%87lk-h%C9%99r%C9%99k%C9%99ti-ba%C5%9Fladan-tanr%C4%B1-profili-17d396da2b88
- canonical_url
- https://medium.com/@yuniseco/i%CC%87lk-h%C9%99r%C9%99k%C9%99ti-ba%C5%9Fladan-tanr%C4%B1-profili-17d396da2b88
- author_url
- https://medium.com/@yuniseco
- status
- ok
- fetched_at
- 2026-07-17 16:27:19