← Back to list

Tanrı Haqqında Qısa Bir Söhbət

Hansı dinə baxarsanız o dinin inanları Tanrıyı həqiqətən tapmış kimi rəfdar etdiklərini müşahidə edə bilərsiniz. Bəziləri üçün bu varlıq…

Yunis Eco · 2025-03-31 16:33 · 198 claps · 10.9 min read
#din #fəlsəfə #tanrı #araşdırma
Open on Medium ↗

Tanrı Haqqında Qısa Bir Söhbət

Hansı dinə baxarsanız o dinin inanları Tanrıyı həqiqətən tapmış kimi rəfdar etdiklərini müşahidə edə bilərsiniz. Bəziləri üçün bu varlıq siçan da[1] ola bilər; buludların üstündə yağış yağdıranda. “Tanrı” dediyimiz varlıq maddədən üstün olan varlıqdır, yəni metafizikdir. Buna görə tanrıyı bəzi arqumentlər və müşahidə yoluyla onun 100% var yada yox olduğunu demək heçdə düz görünmür. Var və ya yox olduğunu düşünən inanclar da vardır, bunlarda sizə tam əminliklə 100% həqiqəti verə bilməz. Siz sadəcə olaraq inanarsınız və iman edərsiniz. Bəs tanrıyı necə tapa bilərik? Bəzi filosoflara görə bunu yalnız təfəkkürümüzü işlədərək etmək olar. Təbiətə nəzər salanda görünür ki, heyvanlardan bizi ayıran ən önəmli olan bizim ağılımızı daha yaxşı istifadə edə bilməmizdir. Biz insanlar, bəzi mövzularda da heyvanlardan geridə qala bilirik. Gecə yaxşı görə bilmirik, çox sürətli qaça bilmirik və peşakar şəkildə üzə bilmirik. Tanrı, kainatı ən gözəl, üstün və hər şeyə gücünün çatdığı üçün ən ağıllı və dərakəli varlıq da o olmalıdır. Müqəddəs kitablarda Tanrı bizi öz ruhundan var etmişdir.[2] Tanrının bizləri var etməsi yenə də bizim tanrıyı yansıdacağımızı əlbəttə ifadə etməyəcəkdir. “Tanrı” deyiləndə ağılınıza nə və nələr gəlir? Hansı formada onu anlayırsınız? Səmanın üzərlərində oturan bir varlıq yoxsa zamandan və məkandan münəzzəh olan bir şey? Biz aciz varlıqların tanrıyı hansı formada anladığına baxmaqda fayda var. Bizlər onu hər şeyə gücü çatan, hər şeyi görən və ya hər şeyi eşidən kimi tanımaqdayıq; yaxud bu sifətləri ona veririk. Mən tarixdə “fəlsəfi” bir şəkildə ələ alınan Tanrı profillərini göstərəcəm. Tanrı zamandan münəzzəh olduğuna görə kainat və canlılığı yaratmazdan əvvəl nə edirdi? sualı cavablana biləcək bir şey deyil. Onun hər şeyə gücü çatırsa, özündən böyük bir daş yarada bilərdimi? Burada paradoks görürsünüz. Descartes, bu iddiaya belə cavab verdi: *Tanrı, 2+2=11 edə bilər, ya da kənarları olan dairə düzəldə bilər, çünki (mənasız da görünsə) onun gücü bunu etməyə də kifayyət olacaqdır.*[3] Tanrı məkana bağlı ola bilərdimi? Əgər hansısa məkana bağlı qalırsa, bu acizlik göstərgəsidir, o maddədən üstün olmalıdır. Əlləri səmaya açıb dua etmək, onun səmada olduğu düşüncəsini əks etdirəcəkdir. Müqəddəs kitablarda tanrının sevindiyini, kədərləndiyini və ya qəzəbləndiyini görürük, həqiqətən o sevinir yoxsa biz onun qarşısında aciz olduğumuz üçün özünü belə ifadə etmək məcburiyyətindədir? Bu oxşadmalar bəzi pagan tanrılara daha uyğundur. Bunların hamısı paganizmdəki Tanrı və ya Tanrıçalar üçün insanlar tərəfindən təsvir edilmişdir. Əsl Tanrının da özünü insanlara təsvir etməsi lazım oluğu üçün belə etmiş ola bilər. Tanrı bizləri yaradmamışdan əvvəl ona tanrı demək nə qədər mümkün olardı? Buna cavab olaraq: “Bizləri var etməsəydi bizlər olmasaqda Tanrı diyə bir şeyin “var” olduğunu bilməyəcəkdik və o var olmağa davam edəcəkdi” deyə bilərik. Mühüm olan isə Tanrı insanı var etməsə “Tanrı kimi” necə ola bilərdi? sualıdır. Bəlkə də yaradıcı- nın “Tanrı” ola bilməsi üçün bir şeyləri var etməyə məcbur idi. Bu tip sualları alim olsanız belə cavablaya bilməzsiniz, sadəcə ortaya arqument ata bilərsiniz. Ən yaxşı arqument isə “Tanrı zamandan münəzzəhdir” demək olacaq. Tanrı özünü mələk vəsiləsiylə də peyğambərlərə bildirmiş və insanların nəyi etməmələri olduğunu demişdir. Ancaq ki, “Tanrının zəkası” ilə “insanın zəkası” eyni olmadığı üçün, o özünü təsvir edərkən müəyyən qədər “insan zəkasının anlayacağı” qədər özünü təsvir etmişdir. Peyğambərlər də aldığı vəhyləri camaat anlasın deyə sadələşdirmiş olmalıdır. Elə buna görə də, bu gün hər adam çıxıb: “Orda bunu demək istəmir, filan şeyi deyir!” deyərək dini öz fikrinə görə yoza bilir. Hərkəsin “iq” səviyyəsi eyni deyil, buna anlayış göstərmək lazımdır. Təməldə məqsədimiz Tanrıyı bilmək və ya tanımaq olsada; nə edərsək edək, Tanrı “əzəli, əbədi və hər şeyə gücü çatan” olduğu üçün onun haqqında vardığımız nəticə istər bizi tətmin etsin, istər də etməsin. Yalnızca öz ağılımızdaki qura bildiyimiz Tanrı profilindən o tərəfə keçməyəcəkdir. Tanrımı bizləri paradoksa salır, bizmi düşüncələrimizlə paradoksa düşürük? 100% bilinən bir Tanrının tanrımı yoxsa başqa bir varlıq ola biləcəyi sualı bizi təkrar başa götürür, 100% bilinməyən və özünü gizlədən tanrının məqsədinin isə nə olduğu bilinməz. Bunlara görə də biz insanlar (Tanrı qarşısında aciz varlıqlar) ona sadəcə iman gətirə bilər və arqumentlər ilə bunu dəstəkliyə yaxud qarşı çıxa bilərik. Tanrı ədalətlidir mi? Tanrı varsa bu qədər pislik niyə var?

“Tanrı, bütün pislikləri ortadan qaldırmaq istəyirdə qaldıra bilmir; və ya qaldırır, amma qaldırmaq istəmir; yada nə qaldırmaq istəyir nə də qaldıra bilir, yaxud da həm qaldırmağı istəyir həm qaldırır. İndi Tanrı pisliyi ortadan qaldırmaq istəyirdə qaldıra bilmirsə, o gücsüzdür ki, bu tanrının xarakteriylə heç uyuşmur. Əgər ortadan qaldıra bilir ancaq qaldırmaq istəmirsə, o pis varlıqdır, yenə də uyuşmur. O nə ortadan qaldırmaq istəyir nə də qaldıra bilirsə, Tanrı həm pis həm gücsüzdür; Tanrı deyildir. Tanrıya uyğun olunaraq görüləcək budur: Tanrı pislikləri ortadan qaldırmayı istəyir və qaldıra bilirsə bu ona uyğun olacaqdır. Bütün bulara nəzər salanda pisliyin mənbəsi nədir? Ya da o pislikləri niyə görə ortadan götürmür?”[4]

Bu düşüncələr Epikürün[5] və dünyanın problemi halına çevriləcəkdi… Tanrı bildiyimiz kimi yaxşı olmalıdır və ya yaxşılığın tərəfində olması məcburidir. Bunun da əksini fikirləşə bilməzsiniz, fikirləşsəniz belə bu ancaq şeytan olacaqdır. Sizlər hələ uşaq olarkən pis şeylərin ancaq şeytandan gəldiyini böyüklərin deməsiylə qəbul edirsiniz. Başınıza pis bir iş gəldiyində “bu şeytandandır!” demək əlbəttə asandır. Yanlış anlamayın, burada Satanizmi müdafiə etmirəm, yavaş-yavaş İlahi tragedya probleminə gələcəm. Əgər dindar isəniz bu İlahi tragedyaya deyəcək arqumentlərinizin çox az olacağını da yəqin ki, bilirsiniz.

“Tanrı bu dünyayı imtahan dünyası etmişdir və şeytan da pislik də onun üçün vardır” Heç də pis görünmür, lakin işin fəlsəfi mövzuları dərin və fərqli görüşlər ehtiva edir. “Doğrusu Tanrı bizi, aldanmağımıza heçbir zaman imkan verməyəcək dərəcədə böyük bir bilgəliklə zənginləştirmişdir. Ancaq bunu vermədiyinə görə sızıldamağa da heç haqqımız yoxdur; içimizdən bir pisliyin qarşısına keçmə şansı olmasına qarşı bu pisliyi qarşılamayan bir kimsəyi qınayır və günahkar olduğuna inanırıq. Ancaq Tanrı üçün problem eyni deyil. Çünki insanların birbirləri üzərinə təsirlərinin, özlərindən aşağı dərəcədə olanların pis hərəkət etmələrinə əngəl olmaq üçün edildiyi və Tanrının kainat üzərində olan bütün gücün sərbəst olduğunu hamı bilir. *Buna görədir ki, ona bizə veridyi nemətlərə görə təşəkkür etməliyik və bizdə əksik olduğunu bildiyimiz və bizə vermək üzrə olduğu şeyləri verməyincə ondan heç bir şikayət etməməliyik. *[6] Descartes teizmə görə bu kimi pislik problemin gözəl şəkildə ifadə edir. Tanrıdan hər şeyi “mükəmməl” formada düzəltməyini və bizi də qüsursuz yaratmağını istəyirik. Bəzi qüsurlar və pislik görən kimi şikayət etməməli, səbirli olmalı, şükr etməli və veriləcək mükafat qarşısında bütün problemlərə tab gətirməlisiniz. Din kasıb insanlar üçün çıxış yolu ola biləcək, buna görə əksəriyyətlə dindarlar kasıb ailədən çıxmışdır. Afrika coğrafiyasına nəzər salarsanız, dinin orada yayılmasının daha asan bir şəkildə olduğunu görə bilərsiniz. Həqiqətən ölümdən sonra sonsuz mükafat və ya yenidən yaxşı yaşam üçün dirilmək[7] cəlb edicidir.

Ölümdən sonra da yenidən dirilərək əvvəlki həyatdan daha yaxşı yaşamaq üçün dünyaya təkrar gəlmək fikri Hinduizm və şərq inanışlarından gəlir. Bu inanışın pisliyə qarşı elə də “pis” düşüncələri yoxdur, hətta əksinədir. Siz indi yaşadığınız bədəndə başınıza nələr gəlmişdirsə buna qarşı şikayət etmə haqqınız yoxdur. Keçmiş həyatınızda, var olduğunuz bədəndə, insanlara qarşı pislik etmişsəniz, o başınıza gəlir, nə yaxşılıq etmişsinizsə bu da gələcək həyatda sizin daha yaxşı həyat yaşamanıza kömək olur. Bu inancda cənnət və ya cəhənnəmə də ehtiyac yoxdur, çünki insanlar mükafat yaxud da bir cəza alacaqlarsa onu sonrakı yaşamlarında şübhəsiz alacaqlardır. Məsələn: öncəki yaşamınızda kimisə öldürmüşsəniz bu həyatda da öldürülə bilərsiniz. Birinə təcavüz etmişsəniz gələcək həyatda cinsiyətiniz dəyişəcək və təcavüzə mərüz qalan tərəflərdən hər hansısa kimsə mütləq olaraq siz olacaqsınız. Dünyada pislik yoxdur, bütün olan pisliklər sizə görə ortaya çıxır, nə əkərsəniz onuda biçirsiniz. Pisliyin mənbəsi özünüz olmalıdır və pislik var olduğu üçün Tanrıya şikayət etmə haqqınızda yoxdur. Bəs pislik olmasa yaxşılıq necə ola bilərdi? Tanrı pisliyi yaxşıdan fərqləndirmək üçün var etmiş ola bilərmi? İndi isə biraz bu haqda düşünməli və idrak edə bildiyimiz qədər sorğulamalıyıq. Bizlərin hər şeyi idrak etmə mövzusunda aciz olduğunu kitabda bir çox dəfə dedim. Pisliyi və yaxşılığı necə “idrak” edə bilərsiniz, bunu da fikirləşmək lazımdır.

İnsanın iradəsi müəyyən qədər olacaqdır və hər şeyi bilə bilməyəcəkdir. Tanrı isə hər bir şeyi bilir, pisliyin və yaxşılığın səbəbin və planın qura bilər. Acılı və qorxulu görünən hadisələrin bizlər üçün yaxşı nəticələndiklərinə həyatda müşahidə edə bilirik. Dişiniz ağrımışdır, ananız sizin diş həkimindən qorxduğunuzu bilərək oradakı ağrıyı müəyyən vaxtadək keçirəcək dərmanı sizə vermiş və də qorxu çəkməməyinizin qarşısını almışdır. Atanız isə mütəq diş həkiminə getməyinizi deyərək, müəyyən qədər ağrı sonrası, ağrının bir daha olmayacağını bildirmişdir. Emosianal ana uşağa ağrılı hadisəni yaşatmamaq üçün hərəkət edəcəkdir. Amma ata hisslərdən çox məntiqiylə düşündüyü üçün bu qərarı vermişdir. Filosof Qazaliyə görə pislikdən şikayətlənən insanlar bu “emosianal ana” kimidirlər. Uşaq bütün olacaqların nəticəsində ağrıdan qurtulacağı üçün qazancı zərərindən böyük olacaqdır.[8] Tanrı da bizi imtahan edərək, sonra mükafat və ya cəza verməsi buna baxdıqda normal görünür. Pislik və yaxşılıq deyiləndə ağıla bir çox şeyin gəlməsi normaldır, bu səbəblə ortaq məxrəcə gəlmək çətindir. Filosoflar arasında belə fikir ayrılıqları olmuşdur: Sokratesə görə bilgəlik ərdəmdir; xoşbəxtlikdir, həm də yaxşılıqdır. Rousseauya görə isə tam tərsidir, bilgə olmaq ağrılıdır, əsl xoşbəxtlik cəhalətdir.[9] Həqiqətən cəhalət xoşbəxtlik verə bilir. Dogmatik olaraq qəbul etdiyiniz məlumatın həqiqətdə yanlış olduğunu gördüyünüzdə elə də sevinə bilməzsiniz.

Yenə də Sokratesdən alıntı edəcəm: “Ərdəm bilikdir” “Kimsə bilərək pislik etməz”. İnsanlar çox vaxt “Səhv olduğunu bilirdim amma özümə mane ola bilmədim” deyir. Sokrates cavab verir: Bu heç bir vaxt doğru deyil. O anda başqalarının, sənin etdiyinin səhv olduğunu fikirləşdiyini bilmiş ola bilərsən, ya da sənə etdiyinin pis oduğunu demiş də ola bilərlər; ancaq əgər özün pis olduğunu tamamı ilə anlamış və ya da bunu qavrasaydın, etməzdin. Yaxşıyı görə bilmədin və o anda yaxşı kimi görünən bəzi həzlər tərəfindən yönləndirildin. Əgər yaxşıyı gösəydin sən də onu istəyərdin və ona görə davranardın. Heç kim, həqiqi iradəsiylə içtən və açıq bir görüşlə yaxşıya yönləndiyində ona qarşı çıxacaq tutum göstərməz.[10] Pislik adamın cahilliyindən mənbələndiyi üçün, o adam həqiqətən bilikli olarsa bunu anlayar və yaxşıyı özünə seçər.[11] Mövzudan çoxda uzaqlaşmaq istəmirəm ona görə Tanrıya yavaş-yavaş geri dönək. Tanrı dünyanı ən gözəl formada yaratmışmıdır? Yaxud bundan gözəlini yarada bilərdimi/bilməzmiydi?

Kainata baxdıqda dünyanın mükəmməliyini görə bilərik. Çünki bu yaşadığımız mühit içərisində olan yaşam amillərinin hamısı var. Kainatda tək ağıllı varlıq insan ola bilərmi? Bu bilinə bilməz mövzulardandır. Yaradılmış bu dünyanın ən yaxşısı olması üçün əlbəttə qüsursuz olması lazımdır, onu Tanrı var etmişdir və qüsursuz varlıqdan qüsursuz iş görməsini istəniləcəkdir. 67 milyon il öncə dinozavrlar tamamən yer üzündən silindi, nəticədə onlar silinməsə bizlər heç var ola bilməzdik. “Tanrı bizləri var etmək üçün onları məhv etdi” diyə fikirləşmək olar amma onların çəkdiyi ağrı nəyə və kimə lazımdır? Təkamül nəticəsində bir çox növ heyvanda yer üzündən tamamən silinmişdir. Bunlar baş vermədən insanlıq yarana bilməz dir düşüncəsini də paradoksa bağlanır. Tanrı domino daşını vurmuşdur və digər daşlar da ilk daşın təsiri ilə davam etməyə başlamış və nəticədə bu dünya elə də olsa belə də olsa var olmuşdur.[12]

“Dünyadaki hamı gözəli gözəl olaraq bilir, və çirkinlik də buna görə görə vardır. Hamı yaxşıyı yaxşı olaraq bilir və buna görə pislik də buna görə vardır. Beləcə varlıq və yoxluq bir-birini ortaya çıxarar, çətin və asan bir-birini tamamlar, uzun və qısa bir-birini şəkilləndirər, yuxarı və aşağı bir-bini doldurur, səslər və tonlar bir-biri ilə uyuşur, öncə və sonra bir-birini izlər.”[13]

Beləlikə pisliyin yaxşılıq üçün gərəkli ola biləcəyini gördük. Yenə də mən o qədər heyvanın niyə yer üzündən silindiyini anlamıram, bütün bu olan şeylər nə dünyanın “yaradılmış ən mükəmməl dünya” etdi yaxud “yaradıla biləcək ən mükəmməl dünya.” Hər şeyidə Tanrıya yükləmək düz ola bilməz, tanrı varsa afrikadaki uşaqlar niyə acından ölür deyə bilərsiniz, yenə də insanlıq bunu haqq edir. Dünyada hamıya çatacaq qədər yemək, su və kəsilmək üçün heyvan var ancaq ki, insanlar ac gözlük- dən nə etdiyini bilmir. 8 Milyardan çox insan olsada bir çoxu səfillik çəkir, dünyanın ən varlı 100 insanı toplansa bunlara son qoya bilər, amma insanlığın çoxu eqoistdir. Tanrı bu dünyada işlədiyimiz günahlar üçün cəzanı həm axirətdə həmdə burada verə bilərmi? Yəni təbii fəlakətlər göndərməsi nə qədər də ədalətlidir? Məsələn: zəlzələlər insanlar bu təbii fəlakətə 2 cür baxırlar; dindar isəniz əlbəttə cavabınız bu olacaqdır: “Tanrı işlədiyimiz günahlar- dan ötürü bizə fəlakət göndərərək bizi cəzalndırıb, ibrət almamızı istəmişdir.” Digər cavab isə budur: “Tanrı təbii fəlakətləti həmişə cəzaldırmaq üçün yollamır, təbiətin bərabərliyi üçün bu lazımdır və tanrı bunu bizlərə hiss etdirmədən bunu yoluna qoyur.” Tanrı bizi cəzalandırmaq üçün fəlakət göndərməyi “tanrıya qarşı çıxanlara” qarşı müəyyən qədər məntiqli görünə bilər. Ancaq Tanrının ona inananlar üzərinə bunu etməsi doğrudurmu? Yəqin ki, məşhur olan, Lizbonda baş vermiş zəlzələni eşitmisiniz…

1 Noyabr 1755 tarixində, saat 09:40’da Zəlzələ Lizbonu məhv etdi. Həmin bu tarix, Xristianlar üçün müqəddəs olan Azizlər gününə və xristianların ibadət vaxtında olmuşdu. İnsanlar kilsələrdə Tanrıya dua etdikləri yerdə bir anda kilsə başlarına yıxılmışdı. Tanrı özünə inanları belə cəzalandırmaqda məqsədi nə ola bilərdi? Bəlkədə o insanların günahları o qədər çox olmuşdur ki, ölmələri gərəkmişdir. Belə olsa Tanrı o qədər bağışlayan və rəhimli deyildir. Ya da Xristianlığın inandığı Tanrı inanışı düz olmamışdır. Buna görə də insanlar dua etdikləri yerdə ağır cəzalanmışdır. Bura imtahan dünyasıdır deyərək işin içindən çıxmaq asan görünür, bu cür şeyləri sorğularsanız əgər Tanrıya qarşı çıxmış hissi içinizdə və ya ətrafınızdaki insanlar tərəfindən fikirləşiləcəkdir. Dediyim kimi, sonsuz bağışlayan və rəhimli varlıq “bunu niyə edə bilər?” sualı buna qarşı çıxır. Bəlkə də o insanlar müəyyən vaxt sonra tövbə edəcəkdi. Təbii fəlakətlər həmişə insanların yaşadığı yerdə olmur. Düz bir ərazidə bu olsa nələr deyə biləcəksiniz? Tanrı bir qism insanları sınağa tutarkən bir qismləri də tutmur, bəs heç bir zaman zəlzələ olmayan yerdə yaşayan insanlar? Onların heçmi günahı yoxdur? Ya da biz oraya yaşamaq üçün köç etsək bizim günahlarımız silinəcək? “O insanlarla əlaqəli olaraq meydana gələn bəzi şeylərdən səbəbkardır; ancaq onlarla əlaqəli çoxu şeyin səbəbkarı O deyildir. O hərşeyin səbəbi deyil, yalnız yaxşı olanın səbəbidir. Pis olan şeylərlə əlaqəsi yoxdur. Tanrı yaxşı olduğu üçün, insanların başına gələn hər şey çoxumuzun düşündüyü kimi ondan gəlməz. Yalnız yaxşı olan şeylər Tanrıdan gəlir.”[14]

Platon bunu müdafiə edirdi. Tanrıdan sadəcə yaxşılıq və ədalət gəlmişdir, əksini düşünə bilmirdi. Bütün bu olanları fəlakətləti şeytan mı göndərirdi? Tanrı hər şeyə qadir olduğu üçün onun pislik anlayışı da olmalıdır. İslamda şərrin də Allah tərəfindən gəldiyi/göndərildiyi anlayışı vardır.[15] Xristianlıqdakı inanca görə isə; dünyadaki pisliklərin olması elə də problemli deyildir. Bütün insanlıq Adəmin günahına görə (meyvəni yeməsi) insanlar günahlı doğmuşdur. Tanrı Adəmə özəlliklə o meyvəni qadağan edir, yenə də Adəm onu yeyir və cənnətdən qovulur.[16] Tanrı o qədər mərhəmətli və rəhimlidir ki, Adəmi cənnətdən qovsa da insanlara təkrar şans verməkdədir. Adəm günahlı olduğuna görə hamı pisliyə yönəlməyə daha meyillidir. Tanrı hər şeyi biləndir, bəs Adəmin o meyvəni yeməsini də əvvəldən bilməli deyildimi? Ya da bizlər tanımadığımız adamın səhvi üçün niyə bu qədər mübarizə aparırıq? İndi isə bu haqda danışa bilərik: “Adəmin Tanrı əmr etdiyi halda qadağan olan meyvəni yeməsi bir pislik deyildir, çünki cənnətdə pisliyə yer yoxdur və orada Tanrının icazə vermədiyi heç bir şey baş verə bilməz. Bu olarsa Tanrının iradəsi güclü deyildir. Yaxud da bu pislik Tanrının öz işidir və həqiqətdə olan şey pislik deyil, yaxşılıqdır.”[17] Şeytan, yaxud da İblis, Adəmin palçıqdan yaranmasına etiraz etmiş,[18]özünün ondan daha üstün olduğunu idda etmişdir. Bu İblis necə olmuşsa qadağan olunmuş cənnətə girib Adəmi və Həvvanı (Quranda bu qadının adı haqqında məlumat yoxdur) yoldan çıxardmağa müvəffəq olmuşdur. Bunun da necə olduğunu bilmədikdə bəzi müsəlmanlar isə fərqli baxışla cənnətin əslində dünyada olduğunu və şeytanında buna görə oraya daxil olduğunu demişdir. Kitab-ı Müqəddəsdə isə Adəmi cənnətdən qovanın ilan olduğunu görürük. Adəm bilgəlik ağacının meyvəsini yeyir və bir şeyləri artıq qavramağa başladığı üçün cənnətdən qovulur. Ortada heç bir günah yox olsada bir anda insan günahla tanış olur. Tanrı bütün bu etdiklərinə görə şeytanı sonsuz cəhənnəmə atmaq yerinə isə; ona müəyyən vaxtadək möhlət verir…[19] Uzun sözün qısası, bir İlahi Komediya ilə yenə qarşı-qarşıya qalırıq və bu paradokslar bizi başa götürür.

Hər nə isə, bu mənim bu platformada paylaşdığım ilk yazı oldu. Ümid edirəm ki, oxuyarkən zövq almışsınızdır və bəzi şeyləri sorğulayışa başlamışsınızdır. Bundan sonra da; burada, etdiyim araşdırmaları paylaşmaq istəyirəm. Təbii ki, bunun üçün verilən dəstək çox mühüm olacaqdır… Gələcəkdə paylaşacağım yazılarda görüşənədək!

NOT: Burada yazılmış olan yazıları və bu hesabda paylaşılan digər yazıları icazəsiz almaq qadağandır və hüquqları qorunmaqdadır. Yazıdan istifadə edərkən mənbə göstərməyiniz mütləq lazımlıdır. Yazılar mənə aid olduqları üçün məndən icazəsiz yazıları kopyalamağa yaxud da çap etməyə haqqınız qətiyyən yoxdur.

İstifadə edilən mənbələr və dipnotlar:

[1] Hindistandakı Karni Mata məbədində siçan müqəddəsdir. [2] Quran, Səcdə Surəsi, 9. Ayət. [3] Descartes, “Felsefenin İlkleri”, Say Yay., Tərc. Mesut Akın, 16. Çap, s. 70 [4] John Hick, “Evil and The God of Love”, s. 5 [5] Filosof Epikürün bir çox əsəri yox olduğu üçün tam olaraq bu sözlər ona aid olmaya bilər. [6] Descartes, “Felsefenin İlkleri”, Say Yay., Tərc. Mesut Akın, 16. Çap, 2018, s. 90 [7] Reenkarnasiya. [8] Muhammed b. Muhammed Gazzali, “İlahi Ahlak”, s. 113–123 [9] Jean Jacques Rousseau, “Yalnız Gezerin Düşleri”, Tərc. Hasan Fehmli Nemli, Öteki Yayınevi, s. 42 [10] F. M. Cornford, “Sokrates Öncesi ve Sonrası”, Tərc., A.M. Celal Şengör & Senem Onan, 12. Çap, s. 34–35 [11] Platonun “Dövlət” kitabında bu dialoq şəklində müzakirə olunur. [12] Determinizim. [13] Laozi,“Tao te Ching”, Türkiye İş Bankası, Kültür Yayınları, 5. Çap, s. 2 [14] Platon, “Devlet”, İş Bankası Yayınları, Tərc. Sabahattin Eyüboğlu, M. Ali Cimcoz, s. 176 [15] Quran, Ənfal Surəsi, 30. Ayət, Zuxruf Surəsi, 41. Ayət. [16] Yaradılış Kitabı, 2. Bölüm. [17] Spinoza, “Kötülük Mektupları”. [18] Quran, Əraf Surəsi, 12. Ayət: Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi:“Mən ondan daha üs- tünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” [19] Quran, Sad Surəsi, 80–81, “Allah, o müəyyən vaxtın gələcəyi günə qədər sən zaman verilənlərdənsən dedi.”


메타데이터
post_id
25eccccd09be
slug
tanrı-haqqında-qısa-bir-söhbət-25eccccd09be
url
https://medium.com/@yuniseco/tanr%C4%B1-haqq%C4%B1nda-q%C4%B1sa-bir-s%C3%B6hb%C9%99t-25eccccd09be
canonical_url
https://medium.com/@yuniseco/tanr%C4%B1-haqq%C4%B1nda-q%C4%B1sa-bir-s%C3%B6hb%C9%99t-25eccccd09be
author_url
https://medium.com/@yuniseco
status
ok
fetched_at
2026-07-20 11:39:40