← Back to list

Kiber təhlükəsizlikdə ilkin anlayışlar

Hamınıza salam 😊 Bu gün, gəlin kiber təhlükəsizlik sahəsində ilkin anlayışları öyrənək. Müzakirə edəcəyimiz mövzular 👇

alizadasec · 2025-04-11 23:50 · 3 claps · 2.0 min read
#kibertəhlükəsizlik #kiber #hacker
Open on Medium ↗

Kiber təhlükəsizlikdə ilkin anlayışlar

Hamınıza salam 😊 Bu gün, gəlin kiber təhlükəsizlik sahəsində ilkin anlayışları öyrənək. Müzakirə edəcəyimiz mövzular 👇

  1. Red və Blue Team
  2. Haker-lərin növləri
  3. Zərərli proqramlar (Malware)
  4. Fişinq (Phishing)

Başlayaq müzakirəmizə☕

İlk öncə Qırmızı və Mavi komandanın (Red Team and Blue Team) fərqinə baxaq. Hər iki komanda üzvləri kiber təhlükəsizlik mütəxəsisidir amma hər iki tərəfin vəzifələri fərqlidir. Red Team təhlükəsizliyi hücum, Blue Team isə müdafiə yolu ilə təmin edir. Red Team kiber cinayətkarlıq ssenariləri yaradaraq təhlükəsizliyi yoxlayır və aşkarlanan zəiflikərin düzəldilməsinə kömək edir. Blue Team isə əvvəlcədən təhlükəsizlik tədbirləri görür və sistemləri daimi şəkildə izəyib analiz edir. Baş verən hücumlardan sonra zərəri ən aza endirməyə çalışır. Qısası, hər iki komandanın məqsədi təhlükəsizliyi qorumaqdır amma fərqli yollarla 🧑‍💻

Bəs bütün hakerlər bədniyyətlidir? Xeyr!

Gəlin baxaq görək hansı haker növləri var?

  1. Ağ papaqlı hakerlər (White hat hackers) — Bunlar bizim bayaq müzakirə etdiyimiz kiber təhlükəsizlik mütəxəsisləridir👩‍💻
  2. Qara papaqlı hakerlər (Black hat hackers) — Bunlar isə kiber cinayətkarlardır 🥷
  3. Boz papaqlı hakerlər (Gray hat hackers) — Bunlara isə nə kiber cinayətkar nə də kiber təhlükəsizlik mütəxəsisi demək olar, çünki bu hakerlər istədikləri sistemlərə zərər vura bilirlər, məsələn düşmən ölkələrə. Yaxud icazasiz sistemə girib, tapdığı zəifliyi düzəltmək qarşılığında pul istəyə bilərlər. Bu hakerlər əksərən öz bacarıqlarını nümayiş etdirmək həvəsində olurlar.🦹‍♀️

Qeyd: Hər hansı bir sistemə icazəsiz girmək qəti surətdə qadağandır, əks halda qanun qarşısında cinayət məsuliyyəti daşıyırsınız.

Bəs zərərli proqramlar (Malware) nədir?

Cihazalar sızmaq, zərər vurmaq, məlumat və pulları oğurlamaq üçün yazılmış zərərli kodlardır. Məsələn, içərisində arxa qapı (backdoor) olan bir proqram yükləmisiniz komputerinizə və sizin xəbəriniz olmadan bu kodlar cihazınızda çalışır, sizin sisteminizə zərər vurur yaxud vacib məlumatlarınızı oğurlayır. Backdoor-lara misal olaraq troya atını (Trojan) misal göstərə bilərik🐴. Bu ad yunanların tarixindən götürülüb. Troya müharibələri dövründə yunanlar taxtadan böyük at düzəldərək düşmənlərinə hədiyyə adıyla göndəriblər amma atın içərisindən yunan əsgərləri çıxıb. Çox tarixi məlumata girmədən mövzumuza qayıdaq :) Bu zərərli proqramda eyni məntiqlə işləyir (yunan əsgərləri kimi). Troya atı özünü faydalı proqram olaraq göstərir və siz onu yükləyəndən sonra sizə zərər vurur🥷.

Son olaraq, Fişinq (Phishing) mövzusuna toxunaq 🎣

Yəqin ki, hamınıza tanımadığınız nömrələrdən yaxud maillərdən bir sıra linklər gəlib. Siz bu linklərə girib şəxsi məlumatlarınızı daxil edirsiz və həmin saniyə bu məlumatlar oğurlanır.

Ümid edirəm ki, hər şey aydın oldu sizə 😊

Əlavə suallarınız yaxud fikirləriniz və əlavələriniz olsa, blogun altında rəylərinizi gözləyirəm. Hələlik 👋


메타데이터
post_id
2cfe22441e33
slug
kiber-təhlükəsizlikdə-ilkin-anlayışlar-2cfe22441e33
url
https://medium.com/@alizadasec/kiber-t%C9%99hl%C3%BCk%C9%99sizlikd%C9%99-ilkin-anlay%C4%B1%C5%9Flar-2cfe22441e33
canonical_url
https://medium.com/@alizadasec/kiber-t%C9%99hl%C3%BCk%C9%99sizlikd%C9%99-ilkin-anlay%C4%B1%C5%9Flar-2cfe22441e33
author_url
https://medium.com/@alizadasec
status
ok
fetched_at
2026-07-20 08:23:55