Oxumaq yoxsa Rəqabət?
Salamlar, necəsiniz? Bu gün Azərbaycanda xırda problem kimi görünən amma çox böyük bir problem haqqında danışacam! Xoş oxumalar!

Oxumaq yoxsa Rəqabət ?
Salamlar hər kəsə, necəsiniz? Bu gün medium platformasında ilk məqaləmi paylaşacam, xoş oxumalar!
Demək mən bir-iki mövzu var ki, Azərbaycanda bu kiçik problem kimi görünsə də, çox büyük problemdir. Demək, normalda bir yaş həddinə kimi uşaqlar “uşaqlıq” edər, oynayar, yıxılıb əzilər, qaçar və s. Çünkü normalda o yaşda onlardan heç bir şey gözlənilməz, gözlənməməlidir, yəni o nə hazırlığa getməli, nə bunların nəticəsində danlanmalı, nə də bunların nəticəsində stress keçirməlidir. Amma ölkəmizdə bu belə deyil, çünkü valideynlər istəyirlər ki, övladı “qonşunun” uşağından və ya yaşadığı ərazidə çox yaxşı bal yığsın və digərləri də desin ki, “filankəsin uşağı” bu qədər bal yığıb. Qısası, valideynlər uşaqları bir rəqabət içərisiniə salıblar və bunun çox pis nəticəsi olacaq.
Şahid olduğum bir iki hadisədən danışmaq istəyirəm. Mən hal hazırda universitet oxuyuram, və bu danıştığım hadisələr mənim də başımdan keçib əslində. Demək bir kursda imtahan nəzarətçisi olarkən, özüdə 2-ci siniflərin, düşünün ki usaqlar hələ kitabın nə olduğun təzə öyrənib, əlifbanı təzə öyrənib, usaq imtahan verir. Ve valideynlər də imtahan binasının qarşısında onları gözləyir. deməli, uşaqlardan biri, nəzarətçisi olduğum otaqda donub qalmışdı, məndə bunu görüb yaxınlaşmıştım ki, nə olub, niyə yazmırsan, bu da dinmədi, uşaq həyəcandan donub qalmışdı, uşağı dindirirəm cavab vermir. Səbəbini tam bilməsəmdə, əminəm ki, “imtahandan az yığsam anam nə deyər” , yada “sinifdə nə deyərlər” deyə düşünür. Və ya bir digəri, imtahanda ağlayırdı. Bunun kimi bir çox hadisələr, bu gün hamımızın qarşısına çıxıb.
Bunların səbəbi “Universitet oxumasan, diplomun olmasa olmasa adam olmarsan, fəhlə olarsan və s” kimi düşünən “büyük”lərin düşüncəsi ucbatındandır. Düzdür onlara da bu fikir yeridilib, çünkü dövlətdə artıq mağaza işçisindən belə diplom tələb olunur.
Bu işi biznesə çevirənlər belə var, bir çok kurs var ki, aylığı 150 manatdan çoxdur. Bu qiymət bakı üçün deyil, rayon bölgələri üçündür, bakıda qiymətlər 250–300 manatdan başlayır. İmtahan bileti isə ən aşağısı 10–15 manatdır. və heç kim demir ki, bu yaşda uşağa nə ehtiyacdır kursa getmək, imtahanlar vermək. ( hətda mən nəzarətçisi olduğum kursada etirazımı bildirdim ki, bu nədir e, bu yaşta uşağa sadəcə pul üçün imtahan edib pisixologiyasını niyə pozursunuz. oda normal bir cavab vermədi, çünkü bunda öz xeyri var idi! ).
Vətəndaşları qoydum bir qırağa, adamı yandıran əsl məsələ bu mövzuya Təhsil Nazirliyindən heç bir səs çıxmamasıdır. Yəni bu o deməkdir ki, bizim verdiyimiz təhsil keçirəcəyimiz imtahana uyğun deyil, gərək bununla yanaşı gedib kursda alasınız. əgər belə deyilsə niyə bir səs çıxarmırlar, bir qayda qoymurlar.
Baxın deyə bilərsiniz ki, o yaşda uşaqlar üçün keçirilən imtahan asan imtahandır, onların səviyyəsinə görə hazırlanıb. Baxın, imtahan imtahandır, onun səviyyəsi olmaz, o söz elə özü uşağa həyəcan yaradır, istəyir bilsin, istəyir lap söksün-dağıtsın həmən mövzunu, amma yenə də bu olmamalıdır. çünkü bir sinifdə iki usaq imtahana getsə və biri yaxşı yığsa biri pis yığsa, pis yığan, həm az yığdığına görə, həmdə sinif yoldaşından az yığdığına görə stresə girəcək. Bilirsiz bu deməkdir, usaq yaştan rəqabət, usaq yaştan stress. o uşağ böyüyəndə çox depresif, aqressiv birinə dönüşəcək. Bu dəhşətdir!
Valideynlər var ki 4 yaşından çok büyük pullar tökür, NİYƏ? Uşaq diplom alsın deyə. amma düşünmür ki, hər şeyin bir həddi, bir dayanma, dur yeri var. bunu özümdən misal çəkim mən 6 il hazırlıqda olmuşam, 5 ci sinifdən11 ə kimi. ve bir müddət (5-ci sinifdən 9 a kimi) qəşəng ve həvəsli oxumuşam, düzdür imtahandan aşağı bal yığdığım vaxtlar olub, amma yorulmamışam. Etdiyim iş məni yormayıb, çünkü həmin vaxtlar beynim daha təmiz və daha öyrənməyə açıq idi. amma bir müddət sonra oxumaq ağır gəldi mənə, sanki, beynim götürmək istəmirdi. oxuduğum heç bir şey ağlımda qalmırdı, sanki artıq beynim onları silmək istəyirdi, xilas olmaq istəyirdi. Çünkü artıq yorucu gəlirdi. Amma bunu heç kim başa düşmürdü. Həmdə mən 5–11 arasında normal yaşamamışam, ancaq dərs, özüdə 8 ci sinif olduğum halda 11 ci sinif imtahanlarına girirdim və orda 5 ci, 4 cü yer olurdum. Özüdə bunu özüm istəyirdim, çünkü atama özümü sübut etməyə çalışırdım. Və bununla belə çox az təbrik, danlaq isə daha çox olurdu. Çünkü deyirdilər ki niyə 2 ci yer yox, 5 veya 4 cü yer?
Əslində elə deyildə, fərqli cür desəydilər, misal üçün: “bu səfər 5 oldu inşaAllah gələn səfər, 3 cü yer olarsan” vəya “gələn səfər 3 cü yer olsan sənə filan şey alacam” kimi. Amma nəticə nə oldu: mən bir müddətdən sonra 11 ci sinifdə artıq oxuya bilmədim, başqa şeylərə həvəs yarandı, və nəticədə, 243 bal yığdım və pulluya düşdüm, vəəəəə…. yenə danlaq.
Sözüm valideynlərədir: İnanın ki, çox tez hazırlığa göndərməklə, mentor yanında göndərməklə, onu yormaqdan, həyatdan soyutmaqdan başqa heç nə etməyəcəksiniz, sizə nifrət edəcək, onu danladıqca vəya özünü elə hiss etdikcə bu nifrət artacaq, xaiş edirəm onları hazırlığa göndərmək yerinə, gündə 1 saat övladınıza vaxt ayırın, onlara hədəfi, məqsədi onların başa düşəcəyi dildə başa salın, özünə bir hədəf seçsin, hər nə olursa olsun, yanında olun. Onsuzda o yaşlarda hədəflər tez-tez dəyişir, ama ən azından hədəf seçdiyi zaman bir hədiyyə qoyun, oyunu maraqlı edin. Hədəfi başa düşsün, bilsin ki, əgər hədəfi üçün çalışsa sonunda onu bir hədiyyə, uğur gözləyir. Çünkü bu gün heç bir uşaq bunu anlamır ki, bu imtahanın sonunda yeni bir yol var, yeni “gözəl” bir həyat var, tam əksinə, hamı düşünür ki, imtahandan keçməsəm nə olacaq.
Məqaləmiz burda başa çatır. Ümid edirəm bundan hər hansısa bir nəticə çıxardınız. Bu günə qədər belə olmasanız belə, heç olmasa bundan sonra belə olmağa, övladlarınızı başa düşməyə çalışın! Lütfən: — onları bizim gələcəyimizdir, gələcəyimizi yerlə-bir etməyək!
메타데이터
- post_id
- 4648fef8340e
- slug
- oxumaq-yoxsa-rəqabət-4648fef8340e
- url
- https://medium.com/@mehdiabasov/oxumaq-yoxsa-r%C9%99qab%C9%99t-4648fef8340e
- canonical_url
- https://medium.com/@mehdiabasov/oxumaq-yoxsa-r%C9%99qab%C9%99t-4648fef8340e
- author_url
- https://medium.com/@mehdiabasov
- status
- ok
- fetched_at
- 2026-08-16 07:20:50