Biznes Proseslərinin Modelləşdirilməsi: BPMN və Əsas Elementləri
Biznes Proseslərinin Modelləşdirilməsi: BPMN və Əsas Elementləri
Biznes Proseslərinin Modelləşdirilməsi: BPMN və Əsas Elementləri

Biznes Proseslərinin Modelləşdirilməsi: BPMN və Əsas Elementləri
Biznes Proseslərinin İdarə Edilməsi (BPM) şirkət daxilindəki proseslərin dizaynı, icrası, monitorinqi və optimallaşdırılması üçün sistemli bir yanaşmadır. Bu yanaşmanın mərkəzində isə prosesləri vizuallaşdırmaq üçün istifadə edilən BPMN (Business Process Model and Notation) dayanır.
BPMN həm sadə, həm də mürəkkəb biznes proseslərini xəritələndirmək və avtomatlaşdırmaq üçün qəbul edilmiş qlobal, açıq standartdır.
Niyə BPMN istifadə etməliyik?
BPMN-in ən böyük gücü onun şirkət daxilində ortaq bir dil yaratmasındadır.
- Hər Kəs Üçün Anlaşılandır: Biznes analitiklərindən tutmuş proqramçılara və idarəçilərə qədər bütün maraqlı tərəflər prosesin necə işlədiyini eyni vizual xəritə üzərindən anlaya bilər.
- Proseslərin Çevik Optimallaşdırılması: BPMN standartı sayəsində mövcud proseslərdəki darboğazları (bottlenecks) və səmərəsiz addımları vizual olaraq asanlıqla müəyyən etmək mümkündür. Bu da biznesə dəyişən bazar şərtlərinə uyğun olaraq öz iş axınlarını sürətlə yenidən qurmaq və təkmilləşdirmək imkanı verir.
- Aydın Rol Bölgüsü: Analitiklər məntiqi və ardıcıllığı qurur, developerlər arxa plan inteqrasiyalarını təmin edir, rəhbərlik isə gedişatı izləyir.
1. Swimlanes
- Pool: Hovuz, prosesdə iştirak edən əsas müstəqil prosesləri təmsil edir. Bu iştirakçı bütöv bir şirkət, xarici bir təşkilat, müştəri və ya sistem ola bilər.
- Lane: Bir hovuzun daxilindəki alt bölmələrdir. O, həmin təşkilatın daxilindəki fərqli rolları, şöbələri, vəzifələri və ya proqram təminatlarını təmsil edir.
2. BPMN Axın elementləri (Flow elements):
- Hadisələr (Event - D airəvi simvollar): Prosesin başlamasına, dayanmasına və ya bitməsinə səbəb olan anlardır. Hadisələr hərəkət deyil, bir “vəziyyətdir”.
- Tapşırıqlar (Tasks - Düzbucaqlı simvollar): Proses daxilində icra edilməli olan konkret fəaliyyət və ya iş addımıdır.
- Gateways: Bunlar prosesdə çoxsaylı (alternativ) yolları təqdim etməyə kömək edən elementlərdir.
3. Birləşdirici Elementlər (Connecting Elements)
- Ardıcıllıq Axını (Sequence Flow): Prosesdəki addımların hansı sıra ilə baş verdiyini və hərəkət istiqamətini göstərir.

- Mesaj axını (Message Flow): İki müstəqil iştirakçı (iki fərqli “Hovuz”) arasındakı məlumat, sənəd, sorğu və ya mesaj mübadiləsini göstərir.

Sadə BPMN Axını:

- Start Event:

- Start Event prosesin başlamasına hansı hadisənin səbəb olduğunu göstərir və o, prosesdən asılı olmayaraq baş verir. Məsələn, diaqramda o, “Sifariş Qəbul Edildi” (Order Received) kimi etiketlənir. Ən yaxşı təcrübə (best practice) olaraq, bir hadisəni adlandırarkən keçmiş zamandan istifadə edin, çünki hadisə tətikləndikdə hərəkət artıq baş vermiş olur.
- Intermediate Event:

- Prosesin gedişatında gözlənilən xüsusi bir status və ya mərhələni (milestone) qeyd etmək, yaxud vaxtı ölçmək üçün istifadə edilir.
- End Event:

- Prosesin sonunu təmsil edir. Bir prosesdə bir və ya bir neçə son hadisə ola bilər. Çoxsaylı son hadisələrə aid istifadə nümunəsi biznes qaydalarına əsasən müxtəlif yollarla gedə bilən şərti proses ola bilər (məsələn, “Sifariş Qəbul Edildi” və ya “Sifariş Rədd Edildi”).
- Task:

- Bu, prosesdə bir addım, edilməli olan bir fəaliyyətdir. Bu nümunədə, sifarişi aldıqdan sonra təsdiq göndərməlisiniz. Bu tapşırıq “Sifariş Təsdiqini Göndər” (Send Order Confirmation) kimi adlandırılır. Ən yaxşı təcrübə olaraq, diaqramda tapşırığı adlandırarkən həmişə “Fel + Obyekt” strukturundan istifadə edin.
4. Gateways
- Exclusive Gateway(XOR):

Bu, “Yalnız Biri” prinsipidir. Mövcud məlumatlara əsasən bir qərar verilir və proses yalnız və yalnız bir yolla davam edə bilər.
- Nümunə: Müştərinin yaşı 18-dən yuxarıdır? “Bəli” və ya “Xeyr” yollarından yalnız biri seçilməlidir. Eyni anda hər iki yolla getmək qeyri-mümkündür.

2. Parallel Gateway:

Bu, “Eyni Anda” prinsipidir. Burada qərar verilmir; proses sadəcə olaraq eyni vaxtda icra ediləcək bir neçə qola ayrılır.
- Nümunə: Sifariş təsdiqləndikdən sonra anbara “Məhsulu hazırla” tapşırığı getməklə yanaşı, eyni anda mühasibata “Qəbz yarat” tapşırığı da gedir. Hər iki proses paralel işləyir və sonrakı mərhələyə keçmək üçün hər ikisinin tamamlanması (sinxronizasiyası) gözlənilir.
3. Inclusive Gateway (OR)

Bu, “Bir və ya Bir neçə” prinsipidir. Exclusive Gateway-dən (XOR) fərqli olaraq, burada yalnız bir yolu seçmək məcburiyyəti yoxdur; müəyyən edilmiş şərtlərə cavab verən bütün mümkün yollar icra oluna bilər.
Əgər proses bir neçə qola ayrılıbsa, növbəti addımlara keçməzdən əvvəl həmin aktiv qolların hamısının tamamlanması yenidən bir Inclusive Gateway vasitəsilə sinxronizasiya edilir (gözlənilir).
- Nümunə: Təsəvvür edək ki, müştəri saytda müraciət formunu doldurur və arxa planda müştəri üçün skorinq (bal) hesablanır. Inclusive Gateway bu bal əsasında hərəkət edə bilər: Əgər müştəri “Yüksək Potensiallı”dırsa, məlumatlar həm daxili admin panelə yazılır, həm də avtomatik olaraq CRM platformasında yeni bir müraciət (lead) kimi yaradılır. Əgər müştəri “Aşağı Potensiallı”dırsa, məlumat yalnız admin panelə düşür. Yəni, qaydalardan asılı olaraq eyni anda ehtiyac duyulan bütün uyğun yollar seçilə bilər.
4. Event-Based Gateway

Bu şlüz qərarları daxili sistem məlumatlarına yox, kənardan gələn hadisələrə (events) əsasən verir. Proses bu şlüzə çatdıqda müvəqqəti dayanır və qoşulmuş hadisələrdən hansının birinci baş verəcəyini gözləyir. İlk baş verən hadisə axının sonrakı tək istiqamətini müəyyən edir və digər ehtimallar ləğv olunur.
Bu Gateway adətən “Mesaj qəbulu” və “Taymer (Vaxt)” hadisələri ilə birlikdə istifadə olunur.
- Nümunə: Müştəri Təsdiq Prosesi Təsəvvür edin ki, sistem müştəriyə təsdiq e-poçtu göndərib və növbəti addım üçün ondan reaksiya gözləyir. Bu nöqtədə Hadisəyə Əsaslanan Şlüz (Event-Based Gateway) prosesi müvəqqəti dondurur və iki rəqabət aparan hadisədən birinin baş verməsini gözləyir:
- Müştərinin Reaksiyası (Message event): Müştəri e-poçtdakı linkə daxil olub formu tamamlayır. Bu “mesaj” daxil olan kimi proses dərhal aktivləşir və növbəti mərhələyə (məsələn, “Xidməti aktivləşdir”) keçir.
- Gözləmə Limitinin Dolması (Timer event): Əgər 24 saat ərzində müştəridən heç bir cavab gəlməzsə, taymer işə düşür. Bu halda sistem avtomatik olaraq digər yolu seçir və müştəriyə “Xatırlatma e-poçtu” göndərir.
BPMN-in təməl məntiqi bu elementlər üzərində qurulub. Proseslərinizi bu standartla modelləşdirmək həm sistemin arxitekturasını qurarkən, həm də komandaya tapşırıq verərkən işinizi əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
메타데이터
- post_id
- 5f7ee39b9581
- slug
- biznes-proseslərinin-modelləşdirilməsi-bpmn-və-əsas-elementləri-5f7ee39b9581
- url
- https://medium.com/@rafaelmammadov/biznes-prosesl%C9%99rinin-modell%C9%99%C5%9Fdirilm%C9%99si-bpmn-v%C9%99-%C9%99sas-elementl%C9%99ri-5f7ee39b9581
- canonical_url
- https://medium.com/@rafaelmammadov/biznes-prosesl%C9%99rinin-modell%C9%99%C5%9Fdirilm%C9%99si-bpmn-v%C9%99-%C9%99sas-elementl%C9%99ri-5f7ee39b9581
- author_url
- https://medium.com/@rafaelmammadov
- status
- ok
- fetched_at
- 2026-06-15 20:49:13