Loci Metodu (Yaddaş Sarayı)
Heç düşünmüsünüzmü ki, niyə bəzi insanlar yüzlərlə rəqəmi və ya uzun bir çıxışı heç bir qeydə baxmadan xatırlaya bilirlər? Bunun sirri dahi…
Loci Metodu (Yaddaş Sarayı)

Heç düşünmüsünüzmü ki, niyə bəzi insanlar yüzlərlə rəqəmi və ya uzun bir çıxışı heç bir qeydə baxmadan xatırlaya bilirlər? Bunun sirri dahi olmaqda deyil, antik dövrlərdən bəri istifadə olunan Loci Metodundadır.
Loci metodu nədir?
Latın dilində “məkan” mənasını verən “Loci”, məlumatları xəyali bir məkanda yerləşdirərək yadda saxlama texnikasıdır. Bu metodun əsasını məkan yaddaşı təşkil edir. İnsan beyni mücərrəd rəqəmləri yadda saxlamaqda çətinlik çəksə də, bir otağın quruluşunu və ya hər gün getdiyi yolu heç vaxt unutmur.
Bu metod necə tətbiq olunur?
Bu texnika dörd sadə addımla tətbiq oluna bilər:
- Sarayınızı (məkanı) seçin: Çox yaxşı tanıdığınız bir yer seçin. Bu, eviniz, məktəbiniz və ya sevdiyiniz bir park ola bilər.
- Marşrutu müəyyən edin: Bu məkanın içində sabit bir gəzinti yolu təyin edin. Məsələn: Otağımdan çıxdım, mətbəxdə yemək yedim, sonra qonaq otağında divanın üstündən pulqabımı götürüb həyətə düşdüm. Burada marşrut belə olacaq: Yataq otağı => Mətbəx => Qonaq otağı => Həyət.
- Vizuallaşdırın və Yerləşdirin: Yadda saxlamalı olduğunuz məlumatları bu nöqtələrlə əlaqələndirin . Məsələ burasındadır ki, bu əlaqələndirmələr nə qədər absurd olsa, beyin onları o qədər möhkəm yadda saxlayacaq.
- Səyahətə Çıxın: Məlumatı xatırlamaq lazım gəldikdə, xəyalınızda həmin marşrutla yenidən addımlayın. Hər dayanacaqda qoyduğunuz məlumat qarşınıza çıxacaq.
Niyə Effektlidir?
Bu metod sadəcə bir yaddaş hiyləsi deyil, beynin işləmə prinsipinə uyğun bir vasitədir. Məlumatı tanış bir məkana bağladığınızda, beyin yeni bilgini artıq mövcud olan güclü neyron şəbəkəsinə (eviniz haqqındakı məlumata) əlavə edir.
Son olaraq Loci metodu bizə göstərir ki, yaddaşımız bir anbar deyil, inkişaf etdirilə bilən bir bacarıqdır. Sherlock Holmes və bir çox insanın ilham aldığı bu üsulla siz də öz zehni limitlərinizi aşa bilərsiniz.
메타데이터
- post_id
- 7c3d488e15af
- slug
- loci-metodu-yaddaş-sarayı-7c3d488e15af
- url
- https://medium.com/@seymur2519/loci-metodu-yadda%C5%9F-saray%C4%B1-7c3d488e15af
- canonical_url
- https://medium.com/@seymur2519/loci-metodu-yadda%C5%9F-saray%C4%B1-7c3d488e15af
- author_url
- https://medium.com/@seymur2519
- status
- ok
- fetched_at
- 2026-08-11 07:32:42