← Back to list

Henrix Heyne — Almaniyanın gizli dini: Panteizm

(…) çünki Almaniya panteizmin ən bərəkətli torpağıdır. Bu, ən böyük mütəfəkkirlərimizin, ən yaxşı sənətçilərimizin dinidir və sonrakı…

Firudin Hasanov · 2023-04-19 21:38 · 1 claps · 1.0 min read
#alman-fəlsəfəsi #deizm #panteizm #din #heyne
Open on Medium ↗

Henrix Heyne — Almaniyanın gizli dini: Panteizm

(…) çünki Almaniya panteizmin ən bərəkətli torpağıdır. Bu, ən böyük mütəfəkkirlərimizin, ən yaxşı sənətçilərimizin dinidir və sonrakı səhifələrdə qeyd edəcəyim kimi, orada nəzəriyyədə çoxdan çökmüşdür. Bu, dilə gətirilməsə də, hər kəs bundan agahdır. Panteizm Almaniyanın aşkar sirridir. Həqiqətən də, biz deizmi adladıq. Azadıq və gurultu qoparan tiran istəmirik. Rəşidik və bizi qoruyub mühafizə edəcək ataya ehtiyacımız yoxdur. Böyük bir mexanikin əsərləri də deyilik. Deizm uşaqların, yeniyetmələrin, cenevrəlilərin, saat ustalarının dinidir.

Henrix Heyne

Henrix Heyne

Panteizm Almaniyanın gizli dinidir və onun bu mövqeyə gələcəyini əlli il əvvəl Spinozanı topa tutan alman yazıçıları öncədən görmüşdülər. Spinozanın bu əleyhdarlarından ən qəzəblisi alman filosofları arasında zaman-zaman adı çəkilmək şərəfinə nail olan Fridrix Henrix Yakobi idi. Yakobi fəlsəfə pərdəsi altında gizlənən, filosofların yanına sığınan, əvvəlcə onlara öz sevgisindən və zərifliyindən bəhs edib ağlayan, sonra isə ağılı söyən küt hiyləgərdən başqa biri deyildi. Bu sözləri isə dilindən heç salmazdı: “Fəlsəfə, ağıl vasitəsilə əldə edilən bilik xalis aldanışdır, hara apardığını özü də bilməz, insanları səhvlərin və ziddiyyətlərin qaranlıq labirintinə sürükləyər; insanı yalnız inanc doğru şəkildə yönəldə bilər”. Ah, kor köstəbək! Ağlın əbədi günəşə bənzədiyini, yuxarıda güvən altında dolaşarkən yolunu öz işığıyla aydınlatdığını görə bilmədi. Dünyada heç bir şey kiçik Yakobinin böyük Spinozaya fanatik və saf nifrətinə bənzəmir…

“Almaniyada din və fəlsəfə tarixi haqqında” kitabından iqtibas.


메타데이터
post_id
8a7ccb74442d
slug
henrix-heyne-almaniyanın-gizli-dini-panteizm-8a7ccb74442d
url
https://medium.com/@firi.hasanov/henrix-heyne-almaniyan%C4%B1n-gizli-dini-panteizm-8a7ccb74442d
canonical_url
https://medium.com/@firi.hasanov/henrix-heyne-almaniyan%C4%B1n-gizli-dini-panteizm-8a7ccb74442d
author_url
https://medium.com/@firi.hasanov
status
ok
fetched_at
2026-07-25 21:11:06