Sistem Xətası
Bir layihə üzərində işləyərkən ən çətin olan rəngi deyil, arxasındakı strukturun idarəolunmaz hala gəlməsidir. Bəzən bir sistemin içində o…
Sistem Xətası
Bir layihə üzərində işləyərkən ən çətin olan rəngi deyil, arxasındakı strukturun idarəolunmaz hala gəlməsidir. Bəzən bir sistemin içində o qədər çox məntiq problemi olur ki, adam nə qədər düzəltməyə çalışsa da, ümumi mühit problem çıxarmağa davam edir. Bir müddət sonra başa düşürsən ki, problem səndə deyil, mərkəzdədir.
Hər kəsin öz işini elədiyi mühitdə yaradıcılıq artır. Amma rollar qarışanda, şəxsi ssenarilər peşəkarlığa girib sistemi zibilə salanda, orda artıq iş bitir. Bir liderin vəzifəsi sadəcə işi bitirmək deyil, həm də komandasına sağlam bir sistem qurmaqdı. Amma elə bir nöqtə olur ki, bəzi şeyləri görməzdən gəlmək olmur.
Bəzən ən düzgün qərar, ən çox düşünülməmiş olandır. Səhər hələ də ümid etdiyin bir layihədən axşam çıxmaq, əslində aylarla yığılan o görünməyənlərin nəticəsidir. Bu qaçmaq deyil, öz peşəkarlığına və prinsiplərinə uymaqdır.
Bu prosesdə ən ağır olan, sənə inananların bu qərarı anlamamasıdır. Bəzən insanlara niyə getdiyini izah etmərsən, çünki həqiqət onların bildiyindən daha anlaşılmazdır. Amma unudulmamalıdır ki, düzgün bir gediş, yalandan qalmaqdan həmişə daha dəyərlidir.
Sistemi yenidən qurmaq olar, amma prinsipləri heç vaxt.

메타데이터
- post_id
- 92d553d8dcd6
- slug
- sistem-xətası-92d553d8dcd6
- url
- https://medium.com/@emildost/sistem-x%C9%99tas%C4%B1-92d553d8dcd6
- canonical_url
- https://medium.com/@emildost/sistem-x%C9%99tas%C4%B1-92d553d8dcd6
- author_url
- https://medium.com/@emildost
- status
- ok
- fetched_at
- 2026-07-13 06:23:13