← Back to list

Nano Nədir?

Terminalda işləyərkən, standart mətn redaktorları həmişə mövcud olmaya bilər, lakin birbaşa terminal daxilində faylları redaktə etmək üçün…

Lala Ibadullayeva · 2026-05-19 17:02 · 1 claps · 1.6 min read
#nano #linux #terminal
Open on Medium ↗
Wiki topics: 🔓 · Open Source

Nano Nədir?

Terminalda işləyərkən, standart mətn redaktorları həmişə mövcud olmaya bilər, lakin birbaşa terminal daxilində faylları redaktə etmək üçün nəzərdə tutulmuş proqramlar var. Linuxda, adətən mətn redaktoru olur. Vi və ya Vim məşhurlarıarasındadır. Emacs və Nano əl ilə quraşdırılaraq istifadə oluna bilinər. Vim ilə bağlı problem onun əhəmiyyətli dərəcədə öyrənmə əyrisinə (substantial learning curve) malik olmasıdır. Emacs, bir qədər daha istifadəçi dostudur, lakin yenə də özünün çoxsaylı keyboard shortcuts’a malikdir.

Nano, xüsusilə yeni öyrənənlər üçün nəzərəçarpacaq dərəcədə daha sadə və istifadəçi dostudur. Nano ilə işə başlamaq və bir faylı redaktə etmək daha sürətli ola bilər və proqram hətta əsas klaviatura qısa yolları üçün ekranda köməklik də təqdim edir. Bunun qarşılığındaki əksik isə genişləndirilə (extensibility) bilmə qabiliyyətinin olmamasıdır. Pluginlərlə tam inkişaf mühitinə çevrilə bilən Vim və ya Emacs-dan fərqli olaraq, Nano olduqca sadədir.

Bir faylı açmaq üçün terminala nano <file_name> daxil edə bilərsiniz. Fayl açıldıqdan sonra ekranın yuxarı hissəsində işlədiyiniz Nano versiyasını və açdığınız faylın adını görəcəksiniz. Onun altında faylın məzmunu yerləşir. Kursoru hərəkət etdirmək üçün ox düymələrindən istifadə edə və klaviatura ilə mətn əlavə edib, silə bilərsiniz. Fayl lazım olduqca sürüşdürülərək izləniləcək. Daha sonra, aşağıda, mövcud klaviatura keyboard shortcuts siyahısını görəcəksiniz. Bu siyahı təxminən belə görünür:

^G Help

^O Write Out

^F Where Is

^K Cut

^T Execute

^C Location

M-U Undo

M-A Set Mark

M-] To Bracket

M-B Previous

^X Exit

^R Read File

^\ Replace

^U Paste

^J Justify

^/ Go To Line

M-E Redo

M-6 Copy

^B Where Was

M-F Next

^ ilə başlayan shortcuts Ctrl düyməsini basıb saxlayaraq göstərilən hərfə basmaq lazım olduğunu bildirir. M- ilə başlayan qısa yollar isə “meta düyməsini” (ve ya Alt düyməsi) basıb saxlayaraq hərfə basmağınızı tələb edir.

Nano-da bir faylı redaktə etmək üçün yalnız bir neçə shortcuts bilmək kifayətdir. Faylda dəyişikliklər etdikdən sonra faylı “Yazmaq” (yəni saxlamaq) üçün Ctrl + O düymələrinə basa bilərsiniz. Əmri daxil etdikdən sonra aşağıdakı menyunun belə dəyişdiyini görəcəksiniz:

File Name to write : <filename>

^G Get Help

^T To Files

^C Cancel

TAB Complete

Faylı saxlamaq və redaktəyə qayıtmaq üçün Enter düyməsini və ya ləğv edib redaktəyə qayıtmaq üçün Ctrl + C düymələrini basın.

Redaktor daxilində olarkən, Nano-dan çıxıb terminala qayıtmaq üçün Ctrl + X düymələrini basa bilərsiniz. Çıxmağa çalışarkən yaddaşa alınmamış dəyişiklikləriniz varsa, aşağı menyuda bunu görəcəksiniz:

Save modified buffer (ANSWERING “No” WILL DESTROY CHANGES) ?

^C Cancel Y Yes N No

Yaddaşa alınmamış dəyişikliklərinizi saxlamaq üçün Y (Yes) düyməsinə və ya onları ləğv etmək üçün N (No) düyməsinə basın.


메타데이터
post_id
96638ced45c2
slug
nano-nədir-96638ced45c2
url
https://medium.com/@lala.ibadullayeva/nano-n%C9%99dir-96638ced45c2
canonical_url
https://medium.com/@lala.ibadullayeva/nano-n%C9%99dir-96638ced45c2
author_url
https://medium.com/@lala.ibadullayeva
status
ok
fetched_at
2026-06-09 15:37:30