← Back to list

Helpdesk ( Əsas bilməli olduğunuz məqamlar)

Anakart ( Motherboard, system board, mainboard) komputerin onurğa sütunu sayılır. Anakartın məqsədi kompüterdəki bütün hissələri bir-birinə…

Kamalatluxanov · 2026-03-22 17:50 · 12 claps · 7.9 min read
#cybersecurity #it #motherboard #helpdesk
Open on Medium ↗
Wiki topics: 🔒 · Cybersecurity

Helpdesk ( Əsas bilməli olduğunuz məqamlar)

Anakart ( Motherboard, system board, mainboard) komputerin onurğa sütunu sayılır. Anakartın məqsədi kompüterdəki bütün hissələri bir-birinə bağlamaq və onların birlikdə işləməsini təmin etməkdir. Anakart özü PCB ( Printed Circuit Board )-dən ibarətdir. PCB cihazın içində gördüyün yaşıl (bəzən qara) lövhədir. Müxtəlif rənglərdə ola bilər. Bunlara yaşıl, qara, mavi, qırmızı, sarı, ağ aiddir.

System Board Form Factors

Anakartlar ölçü və dizayna görə fərqlənir: ATX, Micro ATX, ITX.

Ana kart və case alarkən, uyğunluğa diqqət etmək vacibdir. Hər case hər ana kartla uyğun olmaya bilər. ITX ailəsi aşağıdakı form faktorları əhatə edir:

Mini-ITX, Nano-ITX, Pico-ITX, Mobile-ITX

Ana kart daxilində olan komponentlər bunlardır: Bus architecture, Chipsets (Çipsetlər), Expansion slots (Genişlənmə yuvaları), Memory slots and external cache, CPUs and their sockets, Power connectors, Onboard disk drive connectors, BIOS/UEFI/firmware, CMOS battery, Front-panel connectors

Bus architecture

Bus = komponentlər arasında məlumat ötürən “ortaq yol”dur. Əvvəl serial bus (1 bit), sonra parallel bus (8 bit eyni anda) yaranıb. Serial bus-da bitlər ardıcıl olaraq göndərilir (1 bit bir anda). Parallel bus-da isə birdən çox bit eyni anda göndərir (məsələn, 8 bit). Əvvəlcə PC-lərdə serial bus istifadə olunurdu → yavaş idi. Sonra parallel bus gəldi → sürət artdı. Müasir texnologiya ilə serial bus artıq parallel-dən daha sürətli ola bilir. Müasir sistemlərdə serial bus üstünlük təşkil edir (USB, SATA, PCIe, FireWire).

Chipsets (Çipsetlər)

Chipset = CPU və digər komponentlər arasındakı idarəetmə və interfeys sistemidir.

Təyin edir: hansı RAM, video və digər onboard komponentlər dəstəklənir. Adətən 1 və ya 2 çipdən ibarətdir.

Northbridge və Sourthbridge

Bunlar çipdir. Northbridge chipset-in yüksək sürətli əlaqələri idarə edən çipidir. Sourthbridge isə chipset-in aşağı sürətli periferikləri idarə edən çipidir.

Northbridge CPU ↔ RAM CPU ↔ GPU CPU ↔ Cache əlaqə yaradır. Sourthbridge isə USB, SATA, PS/2, Audio, LAN, PCI, PCI-X kimi aşağı sürətli bus-ları idarə edir.

Expansion Slots (Genişlənmə Yuvaları)

Expansion slots — anakartdakı görünən və cihaz əlavə etməyə imkan verən yuvalardır. Video, şəbəkə, səs və disk interfeys kartları kimi cihazları əlavə etmək üçün istifadə olunur. Ən çox PCI və PCIe istifadə olunur.

PCIe = anakartın ən yayılmış genişlənmə yuvası, PCI və AGP-nin əvəzidir.

Riser card = əlavə PCIe slotları təmin edən xüsusi genişlənmə kartı

Memory Slots and Cache

RAM slots = anakartda CPU üçün istifadə olunan əsas yaddaş modullarını yerləşdirmək üçün yuvalardır. Əsas RAM Modulları bunlardır: DIMM, SODIMM, MicroDIMM və SIMM

Axırıcı şəkildə olan SIMM-dır.

Virtual Memory

  • RAM yetərsiz olduqda istifadə olunur. Hard disk istifadə edərək əlavə RAM kimi işlədə bilirik. Əməliyyat sisteminin RAM yetərsiz olduqda əlavə yaddaş təmin etmək üçün hard diskdən istifadə etdiyi texnologiyadır. Fiziki RAM kifayət etmədikdə, kompüter hard diskdəki xüsusi sahəni RAM kimi istifadə edir. Windows-da bu sahəyə PAGEFILE.SYS deyilir. Linux-da isə buna adətən swap space deyilir.

Necə işləyir?

  1. RAM dolur
  • CPU tərəfindən işlənən proqramlar və məlumatlar RAM-a yüklənir
  • RAM tam dolduqda yeni məlumat üçün yer yoxdur
  1. Ən köhnə RAM məlumatları hard diskə köçürülür
  • Bu sahəyə paging / swap file deyilir
  • RAM-da boş yer yaranır və yeni məlumatlar ora yüklənir
  1. Hard disk ↔ RAM
  • Virtual yaddaş birbaşa istifadə olunmur
  • Hard diskdə saxlanılan məlumat yenidən RAM-a köçürülməlidir ki, CPU istifadə edə bilsin
  • Bu proses paging adlanır

Cache Memory (Keş yaddaşı)

Cache = CPU və RAM arasında yerləşən kiçik, amma çox sürətli yaddaşdır. L1, L2 və L3 cache hamısı CPU içindədir. Cache L1 L2 L3 səviyyələrə bölünür. Sürət baxımından ən sürətli L1 sayılır.

CPU-Z — pulsuz bir proqramdır (freeware), kompüterin hardware (aparat təminatı) haqqında çox detallı məlumat göstərir.

CPU (Central Processing Unit) və Processor Socket

CPU kompüterin “beyni”dir — bütün əməliyyatları və hesablamaları icra edir.

CPU anakartda adətən fan və ya heat sink ilə örtülür. Processor Sockets CPU-nu ana karta qoşmaq üçün istifadə olunur. İki əsas növü var: PGA və LGA. PGA üzəri pinli olur. LGA isə səthi düz olur.

Thermal pasta

Kompüterdə, əsasən CPU və ya GPU üçün istifadə olunan xüsusi bir maddədir. Məqsədi CPU və ya GPU ilə heat sink (soyutma bloku) arasında istilik keçidini yaxşılaşdırmaqdır.

Power Connectors

Ana kart öz-özünə enerji verə bilmir, CPU, RAM, PCIe slotları və digər komponentlər üçün enerji lazımdır. Bu enerji power supply (PSU) tərəfindən təmin edilir. Ən yayılmış ana kart enerji konnektoru 24 pinli ATX blokudur.

Disk drive connectors ana kartın məlumat saxlama cihazları ilə əlaqəsini təmin edən yerləridir.

SATA (Serial ATA — Serial Advanced Technology Attachment) kompüterdə storage cihazlarını (HDD, SSD, DVD drive və s.) anakarta qoşmaq üçün istifadə olunan interfeysdir.

BIOS/UEFI və Firmware

Firmware nədir?

Firmware — hardware-də yazılmış proqramdır (adətən ROM çipində). Əməliyyat sistemi olmadan işləyə bilir.

BIOS (Basic Input/Output System)

Kompüterin açılması və əməliyyat sisteminin başlamasını təmin edir. UEFI BIOS-dan daha sonra yaranıb.

POST (Power-On Self Test)

BIOS açılarkən kompüterin hardware-inin yoxlanması prosesidir.

CMOS and CMOS Battery

BIOS ayarlarının saxlandığı yaddaş kimi istifadə olunur

Kompüter sönsə belə aşağıdakı məlumatlar saxlanır:

1)Tarix və saat

2)Disk konfiqurasiyası (HDD/SSD)

3)RAM məlumatları

4)CPU ayarları (məsələn, overclocking)

5)Portlar (USB, audio və s. enable/disable)

6)Boot sequence (hansı diskdən açılacaq)

7)Power management

8)Təhlükəsizlik (BIOS password, TPM və s.)

CMOS Battery (Batareya)

Ana kart üzərində olan kiçik batareyadır. CMOS yaddaşa davamlı enerji verir.

Front və Top Panel Connectors

Kompüter korpusunun ön və ya üst hissəsində olan düymə və portların ana karta qoşulmasını təmin edən pin-lərdir (header-lər).

Understanding Processors

Hyper-Threading — CPU-nu daha səmərəli işlədərək eyni anda daha çox işi yerinə yetirməyə kömək edir. 1 fiziki core-u 2 virtual core (thread) kimi göstərir.

Understanding Memory

Parity Checking and Memory Banks

Parity checking — RAM-də xətanı aşkar etmək (detect etmək) üçün sadə üsuldur

Necə işləyir?

8 bit (1 byte) data var. Üstünə 1 əlavə bit (parity bit) əlavə olunur.

Parity bit deyir ki: Data düzgün gəlib ya yox. Amma harada səhvin olduğunu demir. 2 növü var: Odd və Even. Bitlərdə 1-lərin sayı tək olarsa, Odd sayılır. 1-lərin sayı cüt olarsa, Even sayılır.

Memory bank — RAM çiplərinin birlikdə işləyən qrupudur.

ECC (Error Correcting Code)

Parity-dən daha inkişaf etmişdir. 1 bit səhvi düzəldir.

ROM (Read-Only Memory)

ROM yalnız oxuna bilən yaddaşdır — içindəki məlumatlar əvvəlcədən yazılır və adi istifadə zamanı dəyişdirilə bilmir. ROM-un bir neçə növü var:

1)PROM — bir dəfə proqramlana bilir, sonra dəyişdirilə bilmir (DVD-R kimi).

2)EPROM — ultrabənövşəyi işıqla silinib yenidən proqramlana bilir.

3)EEPROM / Flash — elektrik impulsu ilə silinib yenidən yazıla bilir.

FAN

Cihazlar işləyərkən çoxlu istilik yaradırlar. Fan-lar həmin istiliyi aradan qaldırmaq üçün istifadə olunur. Bir neçə Fan var: CPU Fan, Power Supply Fan, Memory Fan və.s

Undervolting

CPU gərginliyini azaldaraq istini azaldır.

RAID

RAID (Redundant Array of Independent/Inexpensive Disks) — bir neçə fiziki diskdən ibarət yaddaş massivi yaratmaq üçün istifadə olunur. Məqsədi məlumatın sürətini artırmaq, təhlükəsizliyini qorumaq və ya hər ikisini etməkdir.

RAID-ın müxtəlif növləri var, ən məşhurları: RAID 0, 1, 5, 10.

RAID 0 (Striping — sürət üçün)

Məlumatı disklər arasında bölür (striping). Minimum 2 disk olmalıdır. Mənfi cəhəti, heç bir ehtiyatın olmamasıdır. Bir disk pozularsa, bütün məlumat itir.

2 diskin var. Hər ikisi 20 GB-dır. Ümumi 40 GB olur. Topluyuruq.

RAID 1 (Mirroring — təhlükəsizlik üçün)

Məlumat eyni anda iki diskə kopyalanır (mirror). Minimum 2 disk lazımdır. Məlumat qorunur. Bir disk pozulsada, digərində qalır. Sürəti RAID 0-dan zəifdir.

2 diskim var. Hər ikisi 20 GB-dır. Ümumi həcm 20 GB olur.

RAID 5 (Striping + Parity — sürət + ehtiyat)

Məlumat striping ilə disklərə bölünür + parity (xəta yoxlama bitləri) əlavə olunur. Minimum 3 disk lazımdır. İki disk birdən pozularsa, məlumat itir. 3 diskim var: 20 GB, 30 GB, 50 GB. Ümumi həcmi tapmaq üçün diskin sayını 1 vahid azaldıb ən kiçik həcmə vurmaq lazımdır.

( 3–1) * 20 GB = 40 GB

1 diski çıxmağımızın səbəbi Parity diskin olmasıdır. Onu qeyd etmirik. Və yadınızda saxlayın ki, həmişə ən kiçik həcmi götürürük.

RAID 10 (1+0 — Mirror + Striping)

RAID 1 + RAID 0 birləşməsidir. Əvvəl mirror edilir (RAID 1), sonra striping (RAID 0) tətbiq olunur. Minimum 4 disk lazımdır. Həm sürət, həm də ehtiyat yüksəkdir. Çox disk istifadə olunur → saxlama effektivliyi azalır. 4 diskim var: 20 GB, 30 GB, 40 GB, 50 GB. Ümumi həcmi tapmaq üçün ilk olaraq diskləri cüt-cüt ayırıb RAID 1 tətbiq edirik. Məsələn, 20 və 30 1-ci cüt, 40 və 50 2-ci cüt götürək. Daha sonra RAID 1 tətbiq edək. Nəticədə 1-ci cütdə 20 GB, 2-ci cütdə 40 GB alınır. Daha sonra RAID 0 tətbiq edək. Buradan da həcmi 60 GB alırıq. Bu ümumi istifadə edilə bilən hissədir. Qalan hissə istifadə olunmur.

Əlavə olaraq RAID 6, RAID 50 kimi növlər də var. RAID 6-da artıq double parity istifadə olunur. 2 paralel parity (yoxlama) bloku əlavə olunur ki, hər hansı iki disk eyni anda sıradan çıxsa da məlumat itmir. Minimum 4 disk lazımdır.

Video Graphics Array Connector (VGA)

Analoq siqnal göndərir. Yalnız görüntü ötürür.

Digital Visual Interface (DVI)

Üç növ DVI portu var:

1. DVI-A — yalnız analoq siqnal.

2. DVI-D — yalnız rəqəmli siqnal.

3. DVI-I — həm analoq, həm də rəqəmli siqnal dəstəkləyir.

Yalnız görüntünü ötürür.

HDMI (High-Definition Multimedia Interface)

HDMI həm video, həm də səsi eyni kabel üzərindən ötürə bilir.

DisplayPort

Həm videonu, həm də səsi ötürür.

SCSI (Small Computer System Interface) — kompüterlərdə və serverlərdə periferik cihazları (hard disk, CD/DVD sürücülər, printer və s.) birləşdirmək üçün istifadə olunan standart interfeys-dir. Sadəcə desək, SCSI cihazların kompüterə “danışmaq” üsuludur.

Axırıncı şəkildəki RCA-dır.

KVM Switch

KVM Switch (Keyboard, Video, Mouse) bir cihazdır ki, bir klaviatura, bir monitor və bir siçanla bir neçə kompüteri idarə etməyə imkan verir.


메타데이터
post_id
a4bb9823f027
slug
helpdesk-əsas-bilməli-olduğunuz-məqamlar-a4bb9823f027
url
https://medium.com/@Kamal050/helpdesk-%C9%99sas-bilm%C9%99li-oldu%C4%9Funuz-m%C9%99qamlar-a4bb9823f027
canonical_url
https://medium.com/@Kamal050/helpdesk-%C9%99sas-bilm%C9%99li-oldu%C4%9Funuz-m%C9%99qamlar-a4bb9823f027
author_url
https://medium.com/@Kamal050
status
ok
fetched_at
2026-06-22 05:41:33