İynəyarpaqlı ağaclar nəyə lazımdır?
Onlar niyə əkilir? Nə faydaları var? Depressiya ilə əlaqəsi var?

İynəyarpaqlı ağaclar nəyə lazımdır?
Onlar niyə əkilir? Nə faydaları var? Depressiya ilə əlaqəsi var?
Gələk əvvəlcə öz ölkəmizə. Sovet quruluşunda şəhərsalmada iynəyarpaqlı bitkilər istifadə olunurdu. Bunun həm elmi həm də sosioloji səbəbləri var idi.
İynəyarpaqlı ağacların antiseptik bir maddə ifraz edirlər və bu maddə xəstəlik və bakteriya, viruslara qarşı önləm rolunu da görür. Şam ağacları ətrafında olan o xoş qoxu bu ifraz olunan fitonsitlərlə əlaqəlidir.
Xəstəxana ərazilərdində əkilmə səbəblərindən biri bu idi. Digəri isə daimi yaşıl qalması və xəstələrin yarpaq tökən, çılpaq ağaclara baxıb depressiv hala düşməsinlər düşüncəsi idi.

Ayrıca xüsusi qulluq, yəni budama, davamlı sulama, belləmə, gübrələmə kimi təlabət yox idi.
Sürətli böyüyür və rahat yetişdirilə bilirdi. Bu da şəhərsalmada yuxarı rəhbərlərə özünü yaxşı göstərmək istəyən aşağı məmurlar üçün yaxşı vasitə idi. Çünki tez bitirdi həmişəyaşıldır və ikonik bir bağça əldə edə bilirdi. Yuxarıdan gələn də gözəl yaşıllığa görə təşəkür edirdi.)
Həm də düz gövdəli, əyilməz və həmişəyaşıl şam ağacları əyilməz sovet dövlətinin simvoli idi axı.
Bu ağaclar göründüyü kimi faydalıdırlarmı? Enliyarpaqlı ağaclar ola ola bu ağaclar niyə üstünlük təşkil edirlər ki? Gəlin baxaq.
Şam ağacları meyvə vermirlər. Şam ağacları olan meşədə ot örtüyü demək olar ki olmur. Şam ağacları olan meşədə ekosistem demək olar ki olmur. Şam ağacları olan meşə oduncağı qətranla zəngin olduğuna görə yanmaya çox həssasdır. Ağac uzərində olan qurumuş yarpaqlar da eynən. Şam ağacı olan meşədə istirahət və digər sosial yönümlü zonalar yaratmaq imkansızdır. Şam ağacları olan meşə arılar üçün əhəmiyyətsizdir. Yaxşı bilirik ki, arıların yox olması böyük fəlakət demək olacaq. Ona görə bitki tozlanmasında iştirakına görə çiçəkli bitkilər şərtdir. Şam ağacı olan meşələrin torpaq qatı münbit olmur, humus qatı zənginləşmir. Xəstəxanalarda havanı zəmilədiyi deyilən fitonsit ifrazı isə allergik nəticələr də verib verməməsi hələ tam dəqiq bilinmir.
Çox yayılmış bir mif var ki, o da iynəyarpaqlı ağacların yarpaq səthinin enliyarpaqlılardan daha çox oxsigen istehsal etdiyidir. Xeyr iynəyarpaqlılar il boyu yaşıl olduqlarına görə qış aylarında da oxsigen istehsal edirlər ki, bu da çox az həcmdir. Enliyarpaqlı ağacların xəzan zamanına qədər istehsal etdiyi oksigendən çox deyil. Dolayısı ilə daha çox oxsigen yanlış fikirdir.
Enliyarpaqlı ağaclar yanğına qarşı daha dayanıqlıdır.
Enliyarpaqlı ağacların tökülən yarpaqları münbit torpaq qatı yaradır, nəmlik yaradır və bitki köklərini sərin saxlayır.
Enliyarpaqlı bitkilər meyvə verir, buna görə də təbii ki, çiçək açır, buna görə də arılar üçün münbit şərait yaranır. Arılar və böcəklər varsa quşlar da var. İynəyarpaqlı ağclarda quşlar yuva qura bilmirlər.
Enliyarpaqlı bitkilər iynəyarpaqlılara görə daha gec böyüyürlər.
Dolayısı ilə Azərbaycanda yaşıllaşdırmada, meyvə verən torpaq və iqlim şəraitinə uyğun, çiçəkləyən, enliyarpaqlı ağaclar daha məqsədə uyğundur.
Yarpaqlı ağaclar həm də 4 fəslin hər birini hiss etməyə imkan verir. İnsanın təbiət zəncirini ən gözəl şəkildə anlamasına şərait yaradır.

ABŞ Ağ Evin arxa baxcası

Yaponiya Parlament binasının ətrafı
메타데이터
- post_id
- bbcae5ecdeb3
- slug
- i̇ynəyarpaqlı-ağaclar-nəyə-lazımdır-bbcae5ecdeb3
- url
- https://medium.com/@azimlielxan/i%CC%87yn%C9%99yarpaql%C4%B1-a%C4%9Faclar-n%C9%99y%C9%99-laz%C4%B1md%C4%B1r-bbcae5ecdeb3
- canonical_url
- https://medium.com/@azimlielxan/i%CC%87yn%C9%99yarpaql%C4%B1-a%C4%9Faclar-n%C9%99y%C9%99-laz%C4%B1md%C4%B1r-bbcae5ecdeb3
- author_url
- https://medium.com/@azimlielxan
- status
- ok
- fetched_at
- 2026-07-18 16:47:05