Əməliyyat sistemləri və İnterface-lər
Salam👋 Ümid edirəm ki, hamınız yaxşısız 👽 Gəlin, bu gün yenə kiber təhlükəsizlik sahəsində maraqlı mövzulara toxunaq. Müzakirə…
Əməliyyat sistemləri və İnterface-lər
Salam👋 Ümid edirəm ki, hamınız yaxşısız 👽 Gəlin, bu gün yenə kiber təhlükəsizlik sahəsində maraqlı mövzulara toxunaq. Müzakirə mövzularımız 👇
- Əməliyyat sistemi nədir ?
- Hansı əməliyyat sistemləri var ?
- İnterface anlayışı nədir ?
- Hansı İnterface-lər var ?
Kofelər hazırdırsa, müzakirəyə başlayaq ☕
Əməliyyat sistemi nədir ?
Əməliyyat sitemi (Operating System — OS) kompüter, telefon və planşet kimi cihazların işləməsi üçün əsas proqram təminatıdır. Əgər bir kompüterdə əməliyyat sistemi yoxdursa, siz işlərinizi yerinə yetirə bilməzsiniz. Nə internetə girə bilərsiniz, nə də məlumat paylaşa bilərsiniz. Ümumiyyətcə, heç bir proqram işləməz, çünki bütün proqramlar əməliyyat sisteminin üzərində işləyir 👩💻
Hansı əməliyyat sistemləri var ?
Bəzi əməliyyat sistemləri kompüterlərdə, bəziləri isə telefon və planşetlərdə çalışması üçün nəzərdə tutulub. Gəlin baxaq 😊
- Windows — Microsoft şirkətinin məhsuludur və kompüterlər üçün nəzərdə tutulub, ən geniş yayılmış ə.s-lərdən biridir.
- MacOS — Apple şirkətinin məhsuludur və Mac kompüterlər üçün nəzərdə tutulub.
- Linux — Linus Torvalds tərəfindən yaradılıb və daha çox İT mütəxəsisləri tərəfindən istəfadə edilir.
- Android — 2003-cü ildə yaradılıb və smartfonlar üçün nəzərdə tutulub.
- İOS — 2007-ci ildə yaradılıb və iPhone telefonlarında çalışır.

İnterface anlayışı nədir ?
İnterfeys (İnterface) əməliyyat sistemi ilə istifadəçi arasında ünsiyyəti yaradan vasitədir. Faylı açmaq üçün üzərinə klikləmək və onu açmaq interfeys vasitəsi ilə həyata keçirilir. Əgər interfeys olmasa, biz əməliyyat sistemindən istifadə edə bilmərik.
Hansı İnterface-lər var ?
Baxaq görək hansı interfeys növləri var?👇
GUİ (Graphical User İnterface) — Qrafik istifadəçi interfeysi hamımızın gündəlik istifadə etdiyi interfeysdir. Yəni, telefon və kompüterlərdə olan rəngli menyuları və ikonları buna misal göstərə bilərik. Bu interfeys növündə, bir əmri icra etmək üçün ikonun üzərinə toxunmaq kifayətdir. Məsələn, bir proqramı yaxud faylı açmaq üçün sadəcə üzərinə klikləyirsiniz və açılır.
CLİ (Command Line İnterface) — Komanda sətri interfeysində isə, hər hansı bir əmri icra etmək üçün komandalar yazmağınız tələb olunur. Əgər bir fayl açacaqsınızsa, bu dəfə komanda yazmalısınız. Bəs komandalar hara yazılır?🤔
Terminal və CMD kimi vasitələrlə komandaları daxil edə bilərsiniz. Məsələn, Windows-da ekranın aşağısında, axtarış hissəsinə cmd (command prompt) yazırsınız və Windows-un əmrlər paneli açılır.

Gəlin burada komanda yazaraq, faylları və qovluqları görək🦩
C:\Users\aliza>dir
Directory of C:\Users\aliza
28.03.2025 01:26 <DIR> .
28.03.2025 01:22 <DIR> ..
11.04.2025 16:07 <DIR> .VirtualBox
28.03.2025 01:26 <DIR> Contacts
21.11.2024 19:57 <DIR> Documents
14.04.2025 02:47 <DIR> Downloads
28.03.2025 01:26 <DIR> Favorites
28.03.2025 01:26 <DIR> Links
28.03.2025 01:26 <DIR> Music
Açılan əmrlər panelində “dir” komandasını daxil etdim və mənə qovluqlarımı göstərdi.
VUİ (Voice User İnterface) — Səsli istifadəçi interfeysində isə, əmrləri icra etmək üçün səsinizi istifadə etməlisiniz.🎙️ Məsələn👉 Siri, Google Asistant və Alexa kimi proqram təminatlarından istifadə edən zaman səsinizlə ona əmrlər verirsiniz və bunlar icra olunur.
Məndən bu qədər, növbəti yazılarımda görüşərik.😊 Hələlik:)

메타데이터
- post_id
- be66e7d9f2ae
- slug
- əməliyyat-sistemləri-və-i̇nterface-lər-be66e7d9f2ae
- url
- https://medium.com/@alizadasec/%C9%99m%C9%99liyyat-sisteml%C9%99ri-v%C9%99-i%CC%87nterface-l%C9%99r-be66e7d9f2ae
- canonical_url
- https://medium.com/@alizadasec/%C9%99m%C9%99liyyat-sisteml%C9%99ri-v%C9%99-i%CC%87nterface-l%C9%99r-be66e7d9f2ae
- author_url
- https://medium.com/@alizadasec
- status
- ok
- fetched_at
- 2026-07-20 07:40:56