Angular 19 and the @let Directive: What’s New and Best Practices — AZ
Bu məqalədə sizə Angular 19 ilə gələn və mənim ən çox istifadə etdiyim @let directive-i haqqında ətraflı məlumat verəcəyəm. @let…
Angular 19 and the @let Directive: What’s New and Best Practices — AZ
Bu məqalədə sizə Angular 19 ilə gələn və mənim ən çox istifadə etdiyim @let directive-i haqqında ətraflı məlumat verəcəyəm. @let directive-i, template-də daha optimal və oxunaqlı kod yazmağa imkan verən ən sevdiyim yeniliklərdən biridir.
@let Direktivi nədir?
Əvvəllər Angular template variable yaratmaq üçün *ngIf *və ngFor kimi structure directive-lərin içərisində “as**” operatorundan istifadə edirdik. Məsələn:
{{ user.name }}
İndi isə @let directive-i ilə template-də istənilən dəyişəni rahat şəkildə tanımlaya bilərik:
@let user = user$ | async;
@(user){
{{ user.name }}
Bu yanaşma async pipeni və *ngIf(@if) directive-ini bir-birindən ayıraraq kodun oxunaqlılığını artırır.
Best practices
1. Daha Oxunaqlı Template
Əvvəl:
{{ user.name }}
{{ user.age }}
@let ilə:
@let user = user$ | async;
@(user){
{{ user.name }}
{{ user.age }}
Bu yanaşma kodu daha təmiz və oxunaqlı edir.
2. Mürəkkəb Vairable-lərin Saxlanması və Yenidən İstifadəsi
Əvvəl:
// 1-ci numunə
//2-ci nümunə
@let ilə:
// 1-ci numunə
@let isActiveUser = (user$ | async)?.isActive;
@if(isActiveUser){
Aktivdir
//2-ci nümunə
@let isCompleted = (order$ | async)?.status === 'completed';
@if(isActiveUser){
Sifariş tamamlanmışdır
3. Nested *ngIf *və ngFor** Problemlərinin Qarşısını Almaq
Əgər *ngFor içərisində dəyəri təyin edib istifadə etmək istəyirsinizsə, @let böyük kömək edə bilər.
Əvvəl:
@let ilə:
@let users = users$ | async;
@if(users){
@for (user of users; track user.idHash) {
@let isAdult = user.age > 18;
@if(users){
{{ user.name }} - 18 yaşdan böyükdür
Bu metod async pipenin hər yerdə işlədilməsinin qarşısını alaraq performansı artırır.
@let directive-ni istifadəsi kontekstdən asılıdır. @let ilə təyin etdiyiniz dəyişən yalnız o kontekstdə istifadə edilə bilər. Yeni ki, harada onu təyin etmisiniz. Əgər bu dəyişəni bir neçə dəfə istifadə etmək istəyirsinizsə, onu üst səviyyədə, məsələn, <ng-container> daxilində, təyin edə bilərsiniz.
Aşağıda nümunədə göstərirəm ki, “@let accessRigt” dəyişəni bir kontekstdə təyin edərək, daha sonra onu müxtəlif yerlərdə istifadə edə biləsiniz. Və həmçinin “@let columnHidden“ dəyişəni yalnız @for içində istifadə edilə bilər
// hər yerdə əlçatandır
@let accessRigth = [options.path + '_Put', options.path +'_Delete'];
@for (col of options.columns; track col.fieldName; let i = $index) {
// yalnız bu for-un içində istifadə edilə bilər
@let columnHidden = {'hidden-column': isColumnHidden(col.name)};
@if (col.hasSort) {
} @else {
@for (item of data; track item.idHash; let i = $index) {
@for (col of options.columns; track col.name) {
// yalnız bu for-un içində istifadə edilə bilər
@let columnHidden = {'hidden-column': isColumnHidden(col.name)};
{{ item[col.name] }}
@let Direktivinin Üstünlükləri
- Kodun Oxunaqlılığını Artırır — Template-lərdə daha təmiz və oxunaqlı olur.
- Təkrarçılığın Qarşısını Alır — Eyni ifadəni bir neçə dəfə yazmaq əvəzinə bir yerdə saxlayıb istifadə etməyə imkan verir.
- Performansı Artırır — async pipeni və şərtləri bir yerdə idarə etməyə imkan verir.
Məhdudiyyətləri
- Angular 19-a qədər mövcud deyil — Köhnə versiyalarda @let işləməyəcək.
- Yeni Sintaksisə Öyrəşmək Lazımdır — Angular istifadəçiləri üçün yeni yanaşmadır və əvvəlki *ngIf as sintaksisi ilə fərqlidir.
Nəticə
Angular 19-un @let directive-i template kodunu daha oxunaqlı və optimallaşmış yazmağa kömək edir. Xüsusilə, asinxron məlumatları idarə edərkən, şərtləri təyin edərkən və nested strukturlar ilə işləyərkən çox faydalıdır.
Əgər Angular 19-a hələ keçməmisinizsə, @let, @for, @if, @switch kimi direktivlərin təqdim etdiyi yeni imkanlardan faydalanmaq üçün versiyanızı yeniləməyi düşünməlisiniz! PS: Bu mövzunu @let direktivinə həsr etdim, lakin digər yeni direktivlər haqqında da məqalələrim olacaq. İzləmədə qalın! 🔥🔥🔥
메타데이터
- post_id
- cb30c904174b
- slug
- angular-19-and-the-let-directive-whats-new-and-best-practices-az-cb30c904174b
- url
- https://medium.com/@alyshovtapdig/angular-19-and-the-let-directive-whats-new-and-best-practices-az-cb30c904174b
- canonical_url
- https://medium.com/@alyshovtapdig/angular-19-and-the-let-directive-whats-new-and-best-practices-az-cb30c904174b
- author_url
- https://medium.com/@alyshovtapdig
- status
- ok
- fetched_at
- 2026-09-08 08:08:18