← Back to list

Fogg Davranış Modeli nədir?

Fogg Davranış Modeli Stanford Universitetində çalışan Dr. BJ Fogg tərəfindən hazırlanmış bir modeldir. Bu model insan davranışını anlamaq…

Elshan Guliyev · 2023-11-20 05:58 · 0 claps · 1.0 min read
#fogg-model #fogg #ux #marketing #ui
Open on Medium ↗
Wiki topics: ECO · Economy · General MKT · Marketing · General 🎮 · Gaming

Fogg Davranış Modeli nədir?

Fogg Davranış Modeli Stanford Universitetində çalışan Dr. BJ Fogg tərəfindən hazırlanmış bir modeldir. Bu model insan davranışını anlamaq və təsir etmək üçün nəzərdə tutulmuşdur. Əsasən, bir davranışın meydana gəlməsinə təsir edən üç elementin birləşməsini təsvir edir: Motivasiya, Bacarıq qabiliyyəti və Tətik.

1-ci Motivasiya

İnsanın hər hansısa bir davranışını, hərəkətini yerinə yetirmək istəyi və ya motivasiyası. Motivasiya fərdin davranış istəyinə və ya tələbinə aiddir.

2-ci Bacarıq qabiliyyəti

İnsanın hər hansısa bir davranışını, hərəkətini yerinə yetirmək üçün malik olduğu qabiliyyət səviyyəsi. Qabiliyyət bir davranışı yerinə yetirmək üçün tələb olunan bacarıq, bilik və ya resurslara aiddir.

3-ci Tətik, başlama

Bir davranışın, hərəkətin başlamasını tətikləmədən, loru dildə desək hərəkətə start götürməsindən asılıdır. İnsanın motivasiyasını və davranışı həyata keçirmək qabiliyyətini bir araya gətirən amillərdir.

Prosesin işləmə yöntəmi

Fogg Davranış Modeli bu üç elementi birləşdirərək davranışın baş vermə ehtimalını izah etməyə çalışır. Model iddia edir ki: Davranış motivasiya, bacarıq qabiliyyəti və tətik eyni vaxtda mövcud olduqda baş verir. Əgər biri əskikdirsə, bu davranış baş verə bilməz.Bu model xüsusilə texnologiya dizaynı, istifadəçi təcrübəsi və marketinq kimi sahələrdə insanların istədikləri davranışları nümayiş etdirmələri üçün necə qarşılıqlı əlaqədə ola biləcəyini anlamaq üçün istifadə olunur.

Dostlar, dizaynla bağlı faydalı məsləhətlər almaq üçün profilimi izləmədə qalın.

#typography #ux #uxdesign #ui #uidesign #colors #design #designer #webdesign #appdesign #empathy #notification


메타데이터
post_id
d2f324d559f2
slug
fogg-davranış-modeli-nədir-d2f324d559f2
url
https://medium.com/@elshanquliyev/fogg-davran%C4%B1%C5%9F-modeli-n%C9%99dir-d2f324d559f2
canonical_url
https://medium.com/@elshanquliyev/fogg-davran%C4%B1%C5%9F-modeli-n%C9%99dir-d2f324d559f2
author_url
https://medium.com/@elshanquliyev
status
ok
fetched_at
2026-07-24 21:42:37