3 yaşa qədər pozitiv nizam-intizam. 10 əsas prinsip
“Mənim uşağım mənə qulaq asmır!” valideynlərin işlətdiyi klassik cümlə. Bununla siz əslində “mənim uşağım sözümə baxmır, mənə tabe olmur”…
3 yaşa qədər pozitiv nizam-intizam. 10 əsas prinsip

“Mənim uşağım mənə qulaq asmır!” valideynlərin işlətdiyi klassik cümlə. Bununla siz əslində “mənim uşağım sözümə baxmır, mənə tabe olmur” demək istəyirsiz. Böyük ehtimal uşağınızın eşitmə problemi yoxdur. O sadəcə sizin ona dediyinizi etmək istəmir. Bəs belə uşaqla necə bacarmaq olar? Gəlin balacanın ilk 3 ilində tətbiq edə biləcəyiniz tərbiyə üsulunun 10 əsas prinsipinə nəzər salaq
1.Birinci sevin, sonra düzəldin
Ilk öncə uşağınızı əzizləyin, onu sevdiyinizi deyin. Ancaq bundan sonra niyə istədiyini edə bilməyəcəyinizi başa salın. “Mən səni çox sevirəm və başa düşürəm, sən hələ də oynamaq istəyirsən. Indi isə yatmaq vaxtıdır”. Beləliklə siz balacanın keçirdiyi hissləri təsdiq edirsiz və onları nəzərə alırsız. Ən vacibi balacayla “burda mənim sözüm keçir, çünki sənin atanam” və s. kimi güc mübarizəsi yaradacaq situasiyalara girməyin. Bu hal baş verməmiş qırağa çəkilin, özünüzə gəlin və yenidən uşaqla isti münasibəti bərpa etməyə çalışın.
2.Prosesə uşağınızı da cəlb edin
Uşağa nə etməli olduğunu demək əvəzinə, onun son qərarda iştirak etməsinə şərait yaradın. Bunun üçün uşağın marağını oyandırın. Hansı kitabı oxuyum sənin üçün? Biz birazdan evdən çıxmalıyıq, səncə özümüzlə nə aparaq? Bu oyuncağı belə fırlatsan nə olar? Belə suallar verməklə siz uşağı prosesə cəlb edir və onun daha nizam-intizamlı olmasına kömək edirsiz. Hələki danışa bilməyən uşaqlarla isə siz özünüz danışa bilərsiz. Məsələn, “bax indi kitabı götürürük, sonra onu yerinə qoyacıq” kimi cümlələr işlətmək olar.
a)Münasib seçimlər təqdim edin
Seçim imkanı olan uşaq özünü güclü hiss edir. Üstəlik seçim etməyin özü də onun düşünmə qabiliyyətinə pozitiv təsir göstərir. Bundan əlavə artıq gəzməyə başlayan körpələr kömək etməyi də çox sevirlər. “Səncə evə çatanda birinci dondurmanı soyuducuya qoyaq yoxsa suyu? Qərar sənindir”. “Qərar sənindir” cümləsini mütləq işlədin. O zaman uşaq son qərarda özünün payının olduğunu görüb özünü dahada güclü hiss edəcək. Pozitiv nizam-intizama yararlı olan bu seçmə imkanında diqqət etməli olduğunuz bir neçə məqam var. Seçim alternativlərini uşağınızın inkişafına uyğun olaraq verin. “Səncə maşına benzini bugün vurum, yoxsa sabah kimi” sualları verməyin məsələn. Bundan əlavə, əgər uşağa 2 təklif təqdim edibsizsə və o sizə öz 3-cü variantını deyirsə, onun yadına salın ki sadəcə 2 təklifdən birini seçə bilər.
b)Qoyun uşağınız sizə kömək etsin
“Get maşına min demək əvəzinə uşağınızdan maşın açarlarını daşımasını xahiş edə bilərsiz. Valideynlər və uşaqlar arasında güc mübarizəsi yaradan situasiyalar tez-tez baş verir. Uşagınıza əmr vermək əvəzinə ondan kömək istəsəniz həmin situasiyaları hər iki tərəfin xeyrinə işlədə bilərsiz.
3.Rejim yaradın
Balacalar təkrar və ardıcıllığın köməyi ilə öyrənir. Rejimi təkrar-təkrar baş verən hər bir hadisə üçün yaratmaq olar. Bu yatmaq, durmaq, yemək yemək və hətta həyətə çıxmaq və s. kimi hallarda istifadə oluna bilər. Rejimi tətbiq etdikdə “indi isə əl üzümüzü yumaq vaxtıdır” və s. kimi yönləndirən cümlələr də istifadə edə bilərsiz. Uşağın inkişaf məlhələsindən asılı olaraq onu rejimin yaradılmasına da cəlb etmək olar. Rejim cədvəlini görünən yerə yapışdıra bilərsiz. Uşağınız cədvəldəki tapşırığı unudubsa, həmin tapşırığın nə olduğunu ona deməyin, əvəzində “növbəti tapşırığın nədir” soruşun. Böyüdükcə uşağınız cədvələ uyğun hərəkət etməyi daha çox sevəcək və əmin olun ki, gəlib bir-bir sizə nə edəcəyini deyəcək. Bunun sadə səbəbi var: rejim cədvəlindəki işləri tamamlayanda uşaqlar özlərini daha qabiliyyətli hiss edirlər. Rejim cədvəli əvəzinə siz mükafat cədvəli hazırlasaz və ya hər hansı mükafat prinsipini tətbiq etsəz, Uşağınız yalnız mükafatı əldə etmək üçün çalışacaq və özünü bacarıqlı hiss etməyəcək. Hadisə ardıcıllığı olan rejim cədvəli isə uşağınızın nizam-intizamını möhkəmlətmək üçün əvəz-olunmaz vasitədir.
4.Hörməti hörmət edərək öyrədin
Adətən Azərbaycanda valideynlər uşaqlarının onlara hörmət etməli olduğuna inanırlar və özlərinin uşaqlara göstərməli olduqları hörmət barədə heç düşünmürlər.
Uşaqlar hörmət etməyi həyatda gördükləri nümunələrə əsasən öyrənir. “Hörmət et hörmət” gör prinsipinə dayanaraq uşağınızdan nəsə xaiş edəndə ona qarşı ehtiram göstərin. Dediyiniz hərşeyi indicə etməyini gözləməyin, ələlxüsus da hal-hazırda onun marağını celb edən məşğuliyyətin sizin istəyinizdən daha əyləncəli olduğu halda. Ilk öncə xəbərdarlıq edin. Uşağa biraz vaxt verin. “5 dəqiqə sonra getməliyik”. Lazımdısa uşağınızla birgə taymerdə qoşun, lap taymer səsini də bir yerdə seçin. Taymer dolduqda isə getmək vaxtı olduğunu ona aydın şəkildə deyin.
Uşağı utandırmaq və ya onu təhqir etmək ona qarşı çox böyük hörmətsizlikdir. Unutmayın ki, uşaqlar onlara edilən hər hərəkəti geri qaytarırlar. Ona görə də uşaqla mehriban və eyni zamanda da qəti olmaq daha məntiqlidir. Beləliklə siz həm özünüzün həmdə balacanın mənliyinə hörmət etmiş olursuz. Üstəlik pis vəziyyətlərə də düşmürsüz.
5.Yumor hissinizi işə salın
Valideyn olmaq maraqsız və ya zəhlətökən olmaq demək deyil. Sizə yorucu gələn işləri daha da əyləncəli etmək olar. Məsələn uşağınız dişlərini yumaqdan heç xoşu gəlmirsə, ona “atandan tez dişini yuyub yerinə girə bilərsən?” deyə bilərsiz. Yerdəki oyuncaqları yığışdırmaq lazımdırsa balacaya “məncə sən oyuncaqları 10 saniyə ərzində yığışdırmaqda çətinlik çəkərsən” deyə bilərsiz. Beləliklə, rejimin çətin hissələrini oyuna çevirməklə nəyinki siz həmdə uşağınız da prosesdən daha çox həzz alır.
6.Uşağınızın dünyasına daxil olun
Uşaq inkişafının ilk 3 ilində onun tələbatlarını və limitlərini anlamaq həlledici rol oynayır. Məsələn uşağınız sizə anormal gələn səbəblərdən ağlaya bilər. O bunu sizi incitmək üçün etmir; səbəb, nəyisə bacarmaması və ya keçirdiyi hissləri başa düşməməsi ola bilər. Belə olduqda uşağınızla empatiya qurmağa və onu başa düşməyə çalışın. Onun hisslərini nəzərə alın. Uşağınızı qucaqlayıb ona “mən başa düşürəm, sən oynamaq istəyirsən. Indi yatmaq vaxtıdır”deyin. Balacaya öz hisslərini yaşamağa imkan verin və ancaq ondan sonra onu yatmağa hazırlaşdırın. Bunun əvəzinə güzəştə gedib onun birazda oynamağına icazə versəz o zaman o məyus olma hissini təcrübədən keçirə bilməyəcək. Ən qorxulusu isə, o sizi manipulyasiya edə biləcəyini anlayacaq.
Uşaqların gözləri ilə dünya tamam fərqlidir. Özünüzü balanızın yerinə qoysaz onun hansı hisslər keçirdiyini və günbəgün hansı limitlərlə üz-üzə olduğunu daha yaxşı başa düşə bilərsiz.
7.Mehriban və qəti olun. Real danışın və dediyinizin yerinə yetirildiyindən əmin olun
“Əli, get boşqabı gətir”. Əli heç yerindən tərpənmir və siz sonda boşqabı gedib özünüz gətirirsiz? Baxın buna yol vermək olmaz.
Uşaqlar adətən dediyiniz şeyi həqiqətən nəzərdə tutub tutmadığınızı anlayırlar. “Birazda qışqırsan səni aparıb qonşuya verəcəm!”. Həm uşaq həm də valideyn bilir ki bu böyük ehtimalla baş verməyəcək. Ona görə də bu tipli hədə-qorxu gəlmək üçün işlətdiyiniz cümlələri heç işlətməsəz yaxşıdır. Hətta nə qədər az danışsaz nəticə daha ürək açan olacaq. Uşağınızın diqqətini edə bilməyəcəyi şeylərdən edə biləcəklərinə yönəldin. Məsələn o əlini uşaq üçün təhlukəli əşyaya atırsa, ona oynada biləcəyi daha uyğun uşaq oyuncağı verin. Və ya uşaq yellənçəkdən düşmək istəmirsə, onu sakitcə, heçnə demədən yelləncəkdən götürün. Bunu heç bir əsəbi söz istifadə etmədən, sevgi ilə və eyni zamanda qəti şəkildə etsəz, nəticə etibarı ilə siz uşağınıza qarşı hörmət nümayiş edib və istədiyinizə daha effektiv yolla çatmış olursuz.
8.Səbrli olun
“Elə asandı get özün elə” deyirsizsə mən sizi çox yaxşı başa düşürəm. Və sadəcə Allah səbr versin deyirəm.
Başa düşmək bir qırağa, uşağın ona dediyiniz hər şeyi həmin dəqiqə edəcəyini gözləməyin. Sizə sadə gələn şeyləri ona təkrar-təkrar başa salmalı olacaqsız. Məsələn ona bacı qardaşı ilə bölüşməli olduğunu 10 dəfə desəz o bunu 11-ci dəfə edə bilər ancaq həmin 11-ci dəfə o hələdə bölüşmənin əslində nə demək olduğunu və yaxud niyə bölüşməli olduğunu anlamaya bilər. Ola bilər sizə elə gəlsin ki, balaca heç vaxt düzəlməyəcək. Ancaq bu belə deyil. Dediyim kimi, balanızın inkişaf məlhələsini beyninizdə tutun. Onun etdiyi hərəkətləri şəxsi qəbul etməyin. Qısacası özünüzə və uşağınıza vaxt verin. Ailəniz üçün etdiklərinizi xəcalət və ya günahkarlıq hissini keçirmədən edin.
9.Bol-bol nəzarət edin, diqqəti yayındırın və yönləndirin
Bu prinsip gizli bir formula kimi səslənsədə, ideya çox sadədir: səsini kəs və hərəkət elə. Uşaqlar daimi müşahidə olunmalıdırlar. Məsələn balaca qapıya tərəf gedirsə onun əlindən tutub gedə biləcəyi başqa yerə aparın. Edə bilməyəcəkləri əvəzinə edə biləcəklərinə yönəldin. “Pişiyə vurma” demək əvəzinə ona pişiyi necə sığallaya biləcəyini göstərin. Uşaqlar “yox” sözünü və ya onu etmə, bunu etmə tipli cümlələri bizim kimi başa düşmür. Belə olduğu halda, bizə sadəcə müşahidə etmək, yayındırmaq və yönləndirmək düşür.
10.Uşağınızın başqa uşaqlar kimi olacağını gözləməyin
Balacalar fərqli şəkildə inkişaf edirlər. Bacının 11 aylıq oğlu stol arxasında özünü yekə kişi kimi aparırsa bu o demək deyil ki, sənin uşaqların da eyni super gücə malikdir. Bu halda uşagın temperementinə əsasən qərar vermək daha məntiqlidir. Məsələn əgər balaca 10 dəqiqədən artıq sakit dura bilmirsə onu klassik musiqi konsertinə aparmaq axmaqlıq olardı. Işinizi biraz da asanlaşdırmaq üçün özünüzü trener kimi də görə bilərsiz. Sizin məqsədiniz uşağınızı başa düşüb, onun tələbatları və limitləri əsasında hərəkət etməkdir. Balacaya yeni bir şeylər öyrətdikdə diqqətlə müşahidə edin; görün necə reaksiya göstərir, ona nə maraqlıdır və harda sizin köməyinizə ehtiyacı var.
Gördüyünüz kimi valideyn olmaq elə də asan deyil. Dediyim bu prinsipləri etmək bir qırağa, hamısını bir-bir yadda saxlamaq belə müşkül məsələdir. Ama bu o demək deyil ki yoxlamğa dəyməz. Inanın mənə, bu məqaləni oxumaqla, sadaladığım prinsipləri tətbiq etməklə və balaca balanıza şans verməklə çox gözəl iş etdiyinizi yaxın zamanda daha aydın görəcəksiniz.
Mənbə:
Cheryl Erwin, Jane Nelsen, and Roslyn Ann Duffy, Positive Discipline: The First Three Years. Ch.5, How do I begin
메타데이터
- post_id
- db7c3023269f
- slug
- 3-yaşa-qədər-pozitiv-nizam-intizam-10-əsas-prinsip-db7c3023269f
- url
- https://medium.com/gilas-blog/3-ya%C5%9Fa-q%C9%99d%C9%99r-pozitiv-nizam-intizam-10-%C9%99sas-prinsip-db7c3023269f
- canonical_url
- https://medium.com/gilas-blog/3-ya%C5%9Fa-q%C9%99d%C9%99r-pozitiv-nizam-intizam-10-%C9%99sas-prinsip-db7c3023269f
- author_url
- https://medium.com/@esmerisa
- status
- ok
- fetched_at
- 2026-07-28 22:06:51