Bu gün qan verdim
Sonuncu səfər təxminən 3 il əvvəl qan vermişdim. Son bir necə gündə ağlıma düşmüşdü ki gedim qan verim bilmirəm nədən bilmirəm niyə durduq…
Bu gün qan verdim
Sonuncu səfər təxminən 3 il əvvəl qan vermişdim. Son bir necə gündə ağlıma düşmüşdü ki gedim qan verim bilmirəm nədən bilmirəm niyə durduq yerə belə bir fikir beynimdə gəzişirdi. Ola bilsin kiminsə qana ehtiyacı olduğu üçün Allaha yalvardığının nəticəsi olaraq beynimə belə bir fikir gəlib ola bilsin ki mənim bədənim müəyyən mübadilələr və.s üçün qan verməyə ehtiyac duyduğu üçün beynimə belə bir fikri göndərib… Hər bir halda həftə sonuna planlaşdırdığım qan verməni bu gün həll etdim.
İşdən nahara çıxanda zəng elədim Gəncədəki qanköçürməyə nahar vaxtı işləyib işləmədiklərini soruşdum gəlin işləyirik dedilər. Danışılası deyiləsi elə bir ciddi şey yoxdur getdim normal qarşıladılar məndən başqa adam yox idi, qan verdik bir iki sənədə də imza atdıq çıxdıq gəldi. Çıxanda həkimlərdən biri təşəkkür etdi qana tələbatın çox olduğunu bildirdi. Bir iki sənəd imzaladım dedim yadıma düşdü ki ikinci sənədin qarşısında 20 yazılması idi, yan yörəsində manat və ya azn sözlərinə göz gəzdirdim görə bilmədim nədə çox bənd olmadım. Bir anlıq düşündüm ki bəlkə pulla qan verilir, pulu həkimlər özlərinə götürür? sonra düşündüm özlərinə götürsələr belə bunu elədə önəmli deyil. Mənim durduq yerə ağlıma gələn qan vermək fikri idi onu da etdim, geridə qalanı yaradan özü nizam intizama salacaq. İşə normal qayıtdım orqanizmdə heç bir dəyişiklik hiss etmədim. Qolumda iynənin yeri 2–3 saat ağrıdı keçdi getdi. Bu gün də (05.12.2018) belə getdi.
Originally published at ruzigar.net on December 5, 2018.
메타데이터
- post_id
- e9d434dfd1c
- slug
- bu-gün-qan-verdim-e9d434dfd1c
- url
- https://medium.com/@HRuzigar/bu-g%C3%BCn-qan-verdim-e9d434dfd1c
- canonical_url
- https://medium.com/@HRuzigar/bu-g%C3%BCn-qan-verdim-e9d434dfd1c
- author_url
- https://medium.com/@HRuzigar
- status
- ok
- fetched_at
- 2026-07-29 21:39:07