Universitetdə ilk gün | Universitet həyatı
Bilirəm ki, bir çoxunuzun arzusu universitetə daxil olmaq və tələbə adını qazanmaqdır. Bəlkə də bir çoxunuz bu arzunuza çatmısınız artıq…
Universitetdə ilk gün | Universitet həyatı

Bilirəm ki, bir çoxunuzun arzusu universitetə daxil olmaq və tələbə adını qazanmaqdır. Bəlkə də bir çoxunuz bu arzunuza çatmısınız artıq. Bununla əlaqədar olaraq mən də, sizin üçün universitet həyatı ilə əlaqədar bir post yazmaq qərarına gəldim. Öncəliklə qeyd edim ki əgər siz universitetə qəbul olmusunuzsa deməli siz özünüzü şanslı hesab edə bilərsiniz. Niyə? Çünki sizin kimi universitetə qəbul olmaq istəyən və buna nail olmayan bəlkədə minlərlə abituriyent var. O zaman sizi təbrik edə bilərəm bu mansibətlə. Nə isə, keçək əsas mətləbə…
Əgər siz ixtisas seçiminin nəticələrini yenicə öyrənmisinizsə və istədiyiniz universitetə qəbul olmusunuzsa, əminəm ki çox həyəcanlısınız. Bu yazımda mən sizə Universitet həyatı, Universitetdə ilk gün, Universitetdə təlim/tədris və s. haqqında məlumatlar çatdıracam.
Məsləhət görürəm ki, ilk dərs günündən bir neçə gün əvvəl özünüz üçün plan tərtib edəsiniz. İlk öncə universitetinizin yerləşdiyi ünvanı və ora gedən marşrut xəttini dəqiq şəkildə öyrənin. Universitetə hansı nəqliyyatvasitəsilə getmək tamamilə sizin seçminizə bağlı olan mövzudur. Amma əgər ictimai nəqliyyatdan istifadə edəcəksinizsə bir neçə gün ardıcıl olaraq universitetinizin yerləşdiyi ünvana bir neçə dəfə gedəsiniz. Bu sizə ünvanı daha yaxşı yadda saxlamağa və ora getməyin ən sürətli yolunu öyrənməyə çox köməklik edəcək. Universitetinizin ünvanını və həmin istiqamıtdə hərəkət edən marşrutları öyrənmək üçün siz həmçinin Google Maps platformasından da istifadə edə bilərsiniz.
Deməli belə, artıq siz universitetinizin ünvanını və ora çatmağın təxmini olaraq neçə dəqiqəyə başa gəldiyini bilirisiniz. Keçək növbəti məsələyə…
İlk dərs günündən bir gün öncə, hansı işlərə nə qədər vaxt ayıracağınızı bölüşdürün. Məsləhət görürüəm ki, səhər yuxudan erkən qalxmaq üçün hər ehtimala qarşı telefonunuzda Alarm qurasınız ki, ilk gün gecikmə olmasın. 1ci kurs olduğunuz üçün səhər növbəsi üzrə təhsil alacaqsınız və dərslər saat 8:30-dan etibarən başlayır və saat 14:00-a qədər davam edə bilir.
Universitetlərin bir çoxunda forma tələb edilmədiyi üçün, ilk dərs günü (həmçinin digər bütün günlərdə) orta məktəbdə olduğu kimi uniforma geyinməyinizə ehtiyac yoxdur. Sizə rahat olan istədiyinz geyimi geyinə bilərsiniz amma unversitetə çimərlik paltarında (qısa şort, mayka və səndəl) ilə daxil olmaq qadağandır.

İlk dərs günü adətən bilik günü kimi qeyd edilərək kiçik bir tədbir keçirilir. Tədbirdən sonra isə hər biriniz öz otaqlarınıza aparılacaq və dərs cədvləinizdə qeyd olunan dərsləri keçəcəksiniz. İlk dərs günü özünüzlə dəftər və qələm aparmağınız məsləhətdir. Çünki bəzi universitetlərdə müəllim mühazirəni danışan zaman onu yazmağınız tələb olunacaq. Həmçinin universitetdə telefon istifadə etmək də sərbəstdir(yalnız dərs müddəti istisna olmaqla). İlk dərs günü ola bilsin ki, qrupunuzda heç bir tanıdığınız olmasın, amma sadcə 2–3 gündən sonra siz artıq bir-birinizə alışmağa başlayacaqsınız. Universitet dərsləriniz orta məktəb dərslərindən bir qədər fərqli olacaq. Mühazirələr biraz daha mürəkkəbdir və elmi cümlələrdən, terminlərdən çox istifadə olunur. İlk başlarda bu sizə qarışıq və çətin gələ bilər, amma zamanla hamısı adiləşəcək və siz mövzuları daha yaxşı dərk etməyə başlayacaqsınız. Universitetdəki müəllimləriniz daha təcrübəli və savadlı müəllimlər olacaq. Hətta sizə dərs deyən müəllimlər professorlar da ola bilər və əgər siz ingilis/rus dilində tədris alacaqsınızsa sizə xaricdən gələn müəllimlər də dərs deyəcəklər. Dərsdə özünüzü yaxşı apardığınız və dərslərinizə məsuliyyətlə yanaşdığınız təqdirdə müəllimlərlə heç bir probleminiz olmayacaq. İlk dərs günlərdən etibarən müəllimlərlə yaxşı yola gedin və münasibətinizi isti saxlayın ki, bu sizin qiymətlərinizin yüksək olmasına təsir edə bilər.
Universitetə başladığınız zaman bir çox yeni sözlər və terminlər eşidəcəksiniz ki, bunlar sizə qəribə gələ bilər. Elə isə gəlin sizi məlumatlandırım:
Mühazirə — adətən mühazirə zamanı paralel olan qruplar birləşirlər və müəllimin izah etdiyi dərsi dinləyirlər;
Seminar — bu zaman qrup tələbələri müəllim üçün seminarda keçən dərsi danışır, sualları cavablandırırlar və bunun nəticəsində müəllimdən qiymət (bal) alırlar;
Bal — tələbənin dərsə hazırlığı müqabilində müəllimdən əldə etdiyi qiymətdir və qiymətləndirmə balı 1–10 arasında dəyişir;
Fakültə — universitetdə tələbə hazırlığını həyata keçirən, həmçinin bir vəya bir neçə yaxın ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan elmi-tədris və inzibati strukturdur. Məsələn: İqtisadiyyat fakültəsinə — Maliyyə, Muhasibatlıq, İqtisadiyyat, Maketinq, Biznesin idarə edilməsi və s kimi ixtisaslar daxil olur;
İxtisas — tələbənin universitetdə təhsil aldığı müəyyən bilik sahəsi üzrə bölmədir (sənət/peşə, elm sahəsi);
Kafedra — universitetdə bir fənn üzrə müəllimlərin, professorların, alimlərin elmi-pedoqoji birliyi;
Kafedra müdiri — kafedraya rəhbərlik edən şəxs;
Dekan — Universitet (vəya onun korpusu) üçün ayrılmış inzibatçı şəxsdir;
Zamdekan — Dekan müavinidir;
Korpus — Universitetin bir vəya bir neçə ayrı-ayrılıqda tikilmiş binası ola bilər ki, bu binalara da korpus deyilir;
Əsas korpus — Universitetin idarəetməsinin həyata keçirildiyi, rektorluq da daxil olmaqla bütün idarəedici şöbələrin toplaşdığı korpus;
Rektor — Universitetin rəhbəri və idarəedicisi;
Prorektor — Rektorun müavini;
Tyutor — Tələbələrlə birbaşa əlaqədə olan, tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik edən, dekanlıq tərəfindən göstəriş verilən bütün işləri yerinə yetirən akademik məsləhətçi;
Kollokvium imtahanı — tələbələrn bilik səviyyəsinin ölçülməsi üçün yarım il ərzində keçirilən qiymətləndirmə imtahanları;
Alt/Üst həftə — Universitetdə 2 həftədən (bir həftə alt, növbəti həftə üst və bu ardıcıl olaraq təkrarlanır) bir alt/üst həftə olur. Alt və Üst həftədəki cədvəllər də fərqlidir.
Semestr — Yarımil, rüb (1 semestr= 3 ay 15 gün) 1ci semestr = 15 sentyabr — 28 dekabr; 2ci semestr = 15 fevral — 31 may;
Dövlət imtahanı — son kursu (4cü kurs) bitirdikdən sonra diplom əldə etmək hüququnu qazandıran yekun imtahan;
Kurs — müəyyən dövrü əhatə edən edən dərs ili (1 kurs=9 ay);
Semestr imtahanı — tələbələrin hər semestrin sonunda verdiyi yekun imahan;
Akademik borc — Əgər tələbə hər hansısa fənndən kəsilibsə onun bu fənn üzrə borcu yaranır ki buna da akademik borc deyilir;
Stipendiya (tələbə təqaüdü)– universitet tərəfindən tələbələrə verilən həvəsləndirici pul mükafatları (75 Azn, 110 Azn və ya 130 Azn);
Elmi Şura — universitet üzrə müəllimlər və səlahiyyətli şəxslərin keçirdiyi iclas. Bu iclasda universitetin fəaliyyəti ilə əlaqədar bir sıra qərarlar da qəbul olunur;
Davamiyyət — Tələbənin dərslərdə iştirak etdiyini göstərən hal;
Perevod (transfer) — tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi.
Universitetdə nələri etmək olmaz?
Dərsdə səs-küy yaratmaq, sakitliyi pozmaqı;
Müəllim ilə konfliktə girmək;
Tələbələrlə mübahisə etmək;
Dərslərə biganə yanaşmaq;
Dərsdə elektronik cihazlardan istifadə etmək;
İmtahan zamanı digər tələbədən köçürmə etmək;
İmtan zamanı şparqalkadan istifadə etmək;
İmtahana mobil vəya elektronik cihazlarla daxil olmaq;
Universitetə tələbə bileti olmadan daxil olmaq.

Universitet həyatı çox maraqlıdır. Siz universitetdə yeni dostlar qazanacaqsınız və dünyagörüşünüz tamamilə dəyişəcək. Tövsiyə edirəm ki, universitet illərini doya-doya yaşayən çünki bu illər gəncliyinizin ən yadda qalan illəri olacaq. Hər birinizə uğurlar!
Əgər blogumu bəyəndinizsə məni izləməyi və öz fikirlərinizi rəy bölməsində şərh etməyi unutmayın. Növbəti bloglarda görüşənədək…
메타데이터
- post_id
- fc14742f0bb4
- slug
- universitetdə-ilk-gün-universitet-həyatı-fc14742f0bb4
- url
- https://medium.com/@elnurmammadovsblog/universitetd%C9%99-ilk-g%C3%BCn-universitet-h%C9%99yat%C4%B1-fc14742f0bb4
- canonical_url
- https://medium.com/@elnurmammadovsblog/universitetd%C9%99-ilk-g%C3%BCn-universitet-h%C9%99yat%C4%B1-fc14742f0bb4
- author_url
- https://medium.com/@elnurmammadovsblog
- status
- ok
- fetched_at
- 2026-08-21 03:41:59