← Back to list

KiberTəhlükəsizlik nədir?

Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) —…

Abdul Guliyev · 2025-07-20 12:48 · 0 claps · 1.4 min read
#kibertəhlükəsizlik #xaker #cybersecurity #hacker #internet
Open on Medium ↗
Wiki topics: 🔒 · Cybersecurity

KiberTəhlükəsizlik nədir?

Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır.

İnternet həyatımıza yenilik və komfort ilə birlikdə əlavə bir diqqət nöqtəsi də gətirdi. Daxil olduğumuz linklər, vebdə danışdığımız insanlar, yüklədiyimiz fayllar və s. belə bizim kiber dünyadaki təhlükəsizliyimiz üçün təhdid nöqtələri ola bilər. Günümüzdə belə minlərlə kiberhücumlar həyata keçirilir və bəziləri şirkət və qurumların milyonlarla zərərə uğramasına gətirib çıxarır. Bunların qarşısını almaq üçün isə “Kibertəhlükəsizlik Mütəxəssisləri” fəaliyyət göstərir. İnternetin görünməz polisləri olan Kibertəhlükəsizlik Mütəxəssisləri bizlərin internetdən təhlükəsiz istifadə edə bilməmiz üçün durmadan fəaliyyət göstərirlər.

Kibertəhlükəsizlik Mütəxəssisləri 3 əsas qrupa bölünür — White Hat, Black Hat, Gray Hat White Hat — Tamamilə legal olaraq fəaliyyət göstərirlər. Dövlət səviyyəli və özəl qurumlarda qanuni kiberhücum edərək sistem və şəbəkənin boşluqlarını aşkar edən Red Team üzvləri(Penetration Tester yaxud PenTester), sistem və şəbəkəyə qanunsuz girişlərin qarşını real zamanlı olaraq alıb “sərhədlərin mühafizəsində duran” Blue Team üzvləri(SOC Analistlər) və hər iki sektora da bələd olan Red & Blue team arasında koordinasiya yaradan, sistem və şəbəkənin təhlükəsizliyində liderlik rolunda yer alan Purple Team üzvləri(Security Engineer-lər, Threat Hunter-lar, təcrübəli Red & Blue Team üzvləri) çalışırlar. Black Hat — Şəxsi mənfəəti üçün kibertəhlükəsizlik bacarığından illegal istifadə edib sistem və şəbəkələrə zərər vuran şəxslərdir. Gray Hat — Sistem və şəbəkələrə qanunsuz girsə belə adətən heç bir zərər vurmayan şəxslərdir. İllegal data oğurluğu etmirlər, bəzən isə giriş etdiyi sistem və ya şəbəkənin səlahiyyətli şəxsləri ilə əlaqə saxlayıb tapdığı boşluqları bildirən “ştatdan kənar” white hat hackerlərdir. Onların bu “köməyi” hüquqi cəhətdən mübahisəli qalsa da hüquq mühafizə orqanları bacarıqlarını əsl sistem və şəbəkələr üzərində yox CTF(Capture The Flagkibertəhlükəsizlik öyrənən şəxslər üçün yaradılmış virtual labaratoriya şəraitindəki test və yarış məkanları) saytlarında yoxlamaları tələb edilir.

Qısaca deməli olsaq KiberTəhlükəsizlik rəqəmsal sipər və yaxud internet hücumlarından qorunma sənəti, KiberTəhlükəsizlik mütəxəssisləri isə bu sipərin rəqəmsal əsgərlərdir.

Unutmayın, internet — sadəcə məlumat dənizi deyil, eyni zamanda pusquda dayanan kibercasusların döyüş meydanıdır. Bir yanlış klik, sizi rəqəmsal bir mina tarlasına sürükləyə bilər. Hər paylaşımınız, səssizcə açılan bir qapı ola bilər. Surf edərkən məlumatlarınız üçün döyüşdüyünüzü unutmayın — ya müdafiə edərsiniz, ya da itirərsiniz.

𝕊𝕥𝕒𝕪 𝕊𝕒𝕗𝕖, 𝕊𝕥𝕒𝕪 𝔸𝕝𝕚𝕧𝕖


메타데이터
post_id
fd031da4bc5d
slug
kibertəhlükəsizlik-nədir-fd031da4bc5d
url
https://medium.com/@whoguliyeff/kibert%C9%99hl%C3%BCk%C9%99sizlik-n%C9%99dir-fd031da4bc5d
canonical_url
https://medium.com/@whoguliyeff/kibert%C9%99hl%C3%BCk%C9%99sizlik-n%C9%99dir-fd031da4bc5d
author_url
https://medium.com/@whoguliyeff
status
ok
fetched_at
2026-07-18 20:22:36